Bu gün:

"Ailəcə süfrəyə əyləşmək üçün 7 səbəb"


Ailəcə süfrəyə əyləşmək üçün 7 səbəb var.

Günümüzdə  ailənin bir yerdə - süfrə arxasında əyləşmək vərdişi itib. Ancaq bu vərdişi yaşatmaq üçün bir çox səbəblər var.

Ailəvi vaxt

Ailəvi yemək yeməyin ən mühüm səbəblərindən biri keyfiyyətli vaxt keçirməkdir. Məktəb, iş və digər fəaliyyətlər o qədər vaxt aparır ki, ailə üzvləri üçün kifayət qədər vaxt qalmır. Birlikdə masa arxasında əyləşmək sizə istirahət etmək, bir-birinizlə ünsiyyət qurmaq şansı verir.

Danışmaq

Ailə üzvlərinizlə gündəlik və ya vacib məsələlər haqqında nə qədər tez-tez danışırsınız? Birlikdə yemək  yemək vacib xəbərləri paylaşmaq və ya hər şeyin qaydasında olub olmadığını öyrənmək üçün uyğun mühit yaradır. Televiziya qarşısında tez qəlyanaltı etmək sosiallaşmaq üçün yaxşı bir yol deyil. 

Əxlaq

Valideynlər övladlarının gözəl, əxlaqlı olmasını istəyirlər və ailə kimi yeməkləri bölüşmək də bir yoldur. Uşaqların nəzakətli olmağı, vaxtında gəlməyi, ev işlərini bölüşməyi öyrənmək üçün çox məhsuldar seçimdir. Bir gözü ilə televiziyada yemək yeməsinə icazə versən, süfrə mədəniyyətini öyrənə bilməzlər.

Daha yaxşı yemək yemək

Evdə tələsmədən, ehtiyatla bişirilən yeməklərlə qurulan süfrələrdə daha sağlam, yaxşı və şüurlu qidalanma əldə edilir.

Rahat yeməklər

Ailəlikcə masa arxasında oturmaq təkcə bir masa arxasında oturub yemək yemək demək deyil. Bu həm də istirahətə səbəb olan bir ritualdır. Hər kəsə uzun bir günün ardından oturub dincəlmək və stresdən uzaqlaşmaq imkanı verir.

Sosiallaşma

Birlikdə yemək sizi sosiallaşdırır, bu hər kəs üçün yaxşıdır. Yeməyi bölüşmək bir kütləni birləşdirən vacib elementlərdən biridir. Bu həm də uşaqlara böyüdükdən və öz həyatlarını qurduqdan sonra da, yenidən bir yerə gəlmə  şansı verəcək.

Daha az iş

Hər kəs üçün ayrı-ayrılıqda yemək hazırlama, müxtəlif vaxtlarda çıxan qab-qacaq və dağınıqlıq daha çox iş və yorğunluq yaradır. Bununla belə, birlikdə hazırlanan və birlikdə əyləşilən masalar həmişə daha az yorucu və daha dadlı olur.


Mənbə: Habertürk

Tərcümə etdi: Sayad Qoşnalıyeva

Paylaş
Şərh əlavə et