Son illərdə aparılan araşdırmalar göstərir ki, ürək tutmalarına səbəb olan əsas amillər arasında yalnız yüksək xolesterin səviyyəsi deyil, həm də bağırsaqda yaşayan bakteriyaların fəaliyyəti mühüm rol oynaya bilər.

Tədqiqatçılar “bağırsaq-ürək oxu” adlanan yeni anlayışı gündəmə gətiriblər. Bu nəzəriyyəyə əsasən, bağırsaq mikroflorasındakı pozuntular ürək damar sisteminə mənfi təsir edərək infarkt və digər ürək xəstəliklərinin riskini artıra bilər. Yəni insanın qidalanma tərzi və bağırsaq sağlamlığı ürəyin vəziyyəti ilə sıx bağlıdır.
Mütəxəssislər qeyd edirlər ki, sağlam bağırsaq florasını qorumaq üçün liflə zəngin qidalar, təbii probiotiklər (məsələn, qatıq və kefir) qəbul etmək, həmçinin fast-food və şəkərli məhsulların miqdarını azaltmaq lazımdır. Bu sadə addımlar orqanizmin ümumi sağlamlığını gücləndirməklə yanaşı, ürək xəstəliklərinin qarşısının alınmasında da mühüm rol oynaya bilər.
Mənbə: timesofindia.com
Tərcümə etdi: Aylin Bayraməliyeva
