Bu gün:

"Qozun faydaları nələrdir?"


Ağacda yetişən tək toxumlu, yumru, bərk və qabıqlı meyvələrə qoz deyilir. Bəs qozun faydaları nələrdir?


Sağlam yağ, zülal və lif mənbəyi olan qozun faydaları çoxdur. Çəkini tənzimləməklə yanaşı, ürək və sümüyü yaxşılaşdırmaq üçün faydalıdır.

Qozun faydaları nələrdir?

Tərkibində 90-a yaxın qida maddəsi olan qoz, insan sağlamlığına müsbət təsir göstərir.

Müntəzəm olaraq istifadə edildikdə immunitet sistemini gücləndirir, dəriyə parlaqlıq verir və qırışların yaranmasının qarşısını alır.

Qandakı melatonin səviyyəsini artıraraq yuxu rejiminə kömək edir. Tərkibindəki melatonin və polifenol birləşmələri sayəsində yüksək antioksidant təsirə malikdir.

Tərkibində maqnezium, sink, mis, dəmir, fosfor və bir sıra vitaminlər olan qoz, yaxşı yağlar, fol turşusu, dəmir və kaliumla zəngindir.

Qoz qlutensiz pəhriz üçün də uyğundur. O, vegetarianlara və veqanlara bir sıra qida və vitamin əlavələri ilə təmin edir.

Antioksidanların bolluğuna görə yaşlanma ilə bağlı xəstəliklər, xərçəng və ürək-damar xəstəliklərinin qarşısını aldığı bilinir.

Bu, sağlam və balanslı qidalanmaya gəldikdə əsl faydalı qidadır.

Araşdırmalarda pis xolesterol olaraq təyin olunan LDL-nin, müntəzəm olaraq qoz istifadə edənlərdə yeməkdən sonra meydana gələn oksidləşdirici zərərin qarşısını aldığı müəyyən edilmişdir.

Qoz arıqlamaq üçün faydalıdırmı? Qozda nə qədər kalori var?

Axşam saatlarında televiziya qarşısında çips və ya şokolad yemək vərdişiniz varsa, daha yaralı olan qozdan istifadə edə bilərsiniz. Dadlı və doyurucu olduğu üçün aclıq hissini azaldır. Araşdırmalar göstərib ki, qoz aclıq hissini azaldır və iştahın qarşısını alır.

Yağ dəyərinin yüksək olmasına görə 100 qram qozda təxminən 674 kalori var. Sağlam bir şəkildə arıqlamaq və ilk növbədə kalorilərə diqqət yetirmək üçün qoz yeyərkən son dərəcə diqqətli olmaq lazımdır. Gündə 8 bütöv qozdan çox istifadə edilməməlidir.


Mənbə: NTV

Tərcümə etdi: Fatimə Mustafayeva

Paylaş
Şərh əlavə et