Bu gün:

Diş sağlamlığında ən çox yayılmış 3 səhvlə bağlı həkimdən tövsiyələr


Hamımız dişlərimizi fırçalamağı bildiyimizi düşünürük, amma Birmingem Universitetindən həkim Praveen Şarma xəbərdarlıq edirb ki, gündəlik vərdişlərimiz bəzən dişlərimizə zərər verə bilər. O, sağlam dişlər üçün üç vacib məqamı açıqlayıb.


Hamımız fikirləşirik ki, dişimizi fırçalamağı bilirik – səhər-axşam fırçalamaq, sonra su ilə durulamaq və dadlı bir ağız yaxalayıcı ilə tamamlamaq. Amma həkimlərə görə, ən diqqətli insanlar belə bəzən bir neçə səhvlər edə bilirlər.

Birmingem Universitetinin dişçilik məktəbindən həkim Praveen Şarma bildirir ki, Böyük Britaniyada böyüklərin yarısı həyatlarının hansısa mərhələsində diş əti xəstəliyi yaşayacaqlar və bunun erkən əlaməti diş ətinin qanamasıdır. “Əgər diş ətləriniz qanayır və ya şişirsə, bu daha yaxşı fırçalamağa ehtiyacınız olduğunun göstəricisidir,” – deyə o qeyd edib.

Həkimlər bir çoxumuzun hazırda səhv etdiyimiz və dəyişdirilsə, diş sağlamlığımızı yaxşılaşdıra biləcək üç şeyi qeyd ediblər.

1. Bir dəfə yaxşı fırçalamaq, iki dəfə sürətlə fırçalamadan yaxşıdır

Dr Sharma deyib ki, əsas olan miqdar yox, keyfiyyətdir. “Gündə bir dəfə yaxşı fırçalamaq, iki dəfə sürətlə fırçalamaqdan daha yaxşıdır. ''Əgər gündə bir dəfə fırçalayırsınızsa, axşam fırçaladıqdan sonra diş ipindən istifadə edin''.

2. Səhər yeməyindən əvvəl fırçalayın

Çox insanlar dişlərini yeməkdən dərhal sonra fırçalayırlar, amma bu, diş səthinə zərər verə bilər. Əgər yeməkdən sonra fırçalamaq məcburiyyətindəsinizsə, yemək və fırçalama arasında bir az vaxt buraxın. Bunun səbəbi isə qida və içkilərdən, xüsusilə meyvə şirəsi və qəhvədən gələn turşuluqların diş səthini yumşaltmasıdır. 

3. Bahalı diş pastası daha yaxşı deyil

Ağardıcı, kömürlü pastalarla dolu rəflərə baxanda bahalı seçimlərin daha sağlam təbəssüm verəcəyini düşünmək asandır. Amma həkim Şarma deyib ki, hansı marka seçməyiniz çox fərq etmir, əsas olan bir tərkibdir: fluorid. Fluorid diş emalını qoruyur və çürümənin qarşısını alır, və məhz bu, əsas rol oynayan amildir.

“Diş pastanızda fluorid varsa, fərq elə də böyük deyil,” – deyə o əlavə edib.


Tərcümə etdi: Nərmin Məmmədzadə

Mənbə: BBC

Paylaş
Şərh əlavə et