Bu gün:

Yaşıl təbiət, boz şəhər – hər ikisi ruhu dincəldir


Təbiətdə gəzmək həm fiziki, həm də zehni sağlamlığı gücləndirir, stressi azaldır və diqqəti bərpa edir. Tədqiqatçılar bildirirlər ki, şəhər mühitində gəzinti də psixi sağlamlıq üçün faydalıdır.

Uelsli alim Uitni Fleminq qeyd edib ki, gəzinti ürək xəstəliyi, təzyiq, depressiya və xərçəng riskini azaldır. Onun araşdırmasına görə, təbiətə diqqət yetirən insanlar daha az narahat olur və daha müsbət hisslər yaşayır.

İspaniyalı professor Sezar San Juan Guillen isə bildirib ki, şəhər mühiti də zehni rifahı artıra bilər. O, parkda və tarixi meydanlarda vaxt keçirən insanların diqqət və emosional vəziyyətində yaxşılaşma müşahidə edib. Tarixi ərazilər və panoramik mənzərələr “yumşaq valehedicilik” yaradır.

Mütəxəssislər şəhərlərdə də “xoş məftunluq” hissi verən marşrutlar seçməyi, insanı cəlb edən, rahat atmosferli yerlərdə gəzməyi tövsiyə edirlər.

Mənbə: apnews.com

Tərcümə etdi: Aylin Bayraməliyeva

Paylaş
Şərh əlavə et