Boyun ölçüsündəki dəyişikliklər, yəni boynun adi haldan daha incə və ya qalın olması – bəzi sağlamlıq problemlərinin göstəricisi ola bilər.
Mütəxəssislərə görə, bədən çəkisində artımın əlamətləri təkcə geyimlərin dar gəlməsi ilə deyil, boyun qalınlığında baş verən dəyişikliklərlə də hiss oluna bilər.
Boyun, bədənin ümumi sağlamlıq vəziyyəti haqqında ipucları verən hissələrdən biridir. Normal ölçüdən qalın və ya incə boyun, maddələr mübadiləsində və ya hormonal tarazlıqda problemlərin olmasına işarə edə bilər.
Adətən bədəndəki yağ miqdarı çəkinin boya bölünməsi ilə hesablanan Bədən Kütlə İndeksi (BMI) vasitəsilə təxmin edilir. Lakin bu üsul hər zaman etibarlı sayılmır, xüsusilə də əzələ kütləsi yüksək olan şəxslərdə. Bu səbəbdən, boyun ölçüsü də sağlamlıq göstəricisi kimi nəzərdən keçirilir.
Mənbə: BBC
Tərcümə etdi: Ətirə İbayeva
