
Sağlam qidalanmaq hər bir kəsin arzusudur. Xüsusilə, Ramazan ayında mümkün dərəcədə keyfiyyətli, bol vitaminli ərzaqlar qəbul etmək lazımdır. Lakin bəzi qida və içkilər səhətimizi ciddi şəkildə təhdid edir:
Qəhvə
İnsanların çoxu günə qəhvə ilə başlayır və bunun orqanizmə canlılıq qatdığına inanır. Böyük bir zövqlə içdiyimiz qəhvə ürək tutması riskinin artmasına, eləcə də, yuxu sistemini pozur, həmçinin, dişlərin saralmasına səbəb olur.
Dondurulmuş Qidalar
Ərzaqlar dondurularkən zərərli orqanizmlərin çoxalması nəticəsində mədə-bağırsaq xəstəlikləri yaranır. Dondurulmuş qidaların tərkibində çoxlu bakteriya var ki, bu da bədənin sağlamlığına mənfi təsir göstərir.
Çiy Yumurta
Yumurta çox güclü bir protein mənbəyidir. Orqanizmi gücləndirmək, sağlamlığı qorumaq üçün hər səhər bir ədəd qaynadılmış yumurta qəbul etmək tövsiyə olunur. Bununla yanaşı, mütləq bişmiş yumurta istehlak etməlisiniz. Ala-çiy və ya tamamilə çiy yumurtanın tərkibində zərərli salmonella mikrobunun olması ehtimalına görə, bir sıra xəstəliklərə səbəb olur.
Tuna Balığı
Dünyanın ən çox istehlak edilən balıq növlərindən biri olsa da, çox yeyildikdə sinir sistemini zədələyir və ürək xəstəlikləri riskini artırır
Hazır Bulyonlar
Toz halında olan, dəfələrlə müəyyən proseslərdən keçən, içində həddindən artıq qatqı maddələr olan hazır şorbalar xərçəngə səbəb ola bilir.
Mənbə: CNN
Tərcümə etdi: Tərlanə Abdullayeva
