Bu gün:

Uşaqlarda ekran yorğunluğu


Müasir dövrdə uşaqlar günün böyük hissəsini ekran qarşısında keçirirlər. Bu vərdiş onların istirahət vaxtını pozaraq həm bədən, həm də beyin yorğunluğuna səbəb olur.Uzunmüddətli ekran istifadəsi nəticəsində uşaqlarda diqqət dağınıqlığı, yuxusuzluq və emosional gərginlik yaranır. Mütəxəssislər bildiriblər ki, parlaq ekranlar yalnız gözləri deyil, sinir sistemini də davamlı olaraq gərgin vəziyyətdə saxlayır. Uşaqlarda ekran asılılığının qarşısını almaq üçün vaxt məhdudiyyəti və fasilələr vacibdir. Real dünya ilə təmas və təbii fəaliyyətlər uşağın psixoloji balansını qorumağa kömək edir.

Mənbə: TRT Haber
Tərcümə etdi: Fidan Mənsimova


 


Paylaş
Şərh əlavə et