Bu gün:

İtlər bioloji qocalmanı yavaşlada bilər?


İtlərlə vaxt keçirməyin qadınlar üzərində qocalma əleyhinə təsir göstərdiyi məlum olub.Florida Atlantik Universitetindən Dr. Şeril Krause-Parellonun rəhbərliyi ilə aparılan tədqiqat göstərib ki, həftədə cəmi bir saat itlərlə vaxt keçirmək hüceyrə səviyyəsində qocalmanın göstəricisi sayılan “telomer uzunluğuna” müsbət təsir göstərir.

Alimlərin sözlərinə görə, itlərlə ünsiyyət qadınlarda streslə bağlı sağlamlıq problemlərini azalda bilər.

"Daily Mail"-də dərc olunan məlumatda bildirilib ki, heyvanlarla qurulan əlaqə emosional təhlükəsizlik hissi yaradır və bu da qadınların ruhi sağlamlığı üçün dəstəkləyici rol oynayır.

Tədqiqatda yaşı 32 ilə 72 arasında dəyişən və hamısı Travmadan Sonra Stres Pozğunluğu diaqnozu qoyulmuş 28 qadın iştirak edib.

Aparılan analizlərin nəticəsində məlum olub ki, itlərlə vaxt keçirmək bioloji qocalma prosesini ləngidir.

Bundan əvvəl aparılmış oxşar bir araşdırma da göstərib ki, itlərlə yaşayan insanlar daha az depressiya və həyəcan əlamətləri nümayiş etdirirlər.

Mənbə: NTV 

Tərcümə etdi: Mina Yadigarlı

Paylaş
Şərh əlavə et