Bu gün:

"Yaprak dökümü" romanının xülasəsi



Əsər sosial məsələlərdən bəhs edən uğurlu romandır. Dili son dərəcə sadə olan romanda müəllif az gəlirli ailənin müasir həyat və əyləncə aludəçiliyi ucbatından necə dağıldığını təsvir edir.

Romanın xülasəsi:

Otuz yaşına qədər daxili xəstəliklər şöbəsində çalışan Əli Rıza bəy namuslu, şərəfli məmurdur. Anası və bacısı 2 ay fərqlə dünyasını dəyişəndə İstanbuldan soyuyaraq Suriyaya gedir. Suriyadan qayıtdıqdan sonra Anadoluda işləyir. O, qırx yaşında evlənir. Trabzonda xidmətdə olarkən bir qadının qaçırılmasında iştirakdan haqsız yerə işdən çıxarılır. İstanbula qayıdır və işsiz olduğu üçün keçmiş tələbəsi Müzəffər onu idarəçi olduğu şirkətdə işə düzəldir. Həmin gün oğlu Şövkət bankda məmur kimi işə başlayır

Əli Rıza bəyin Fikrət, Leyla, Necla adlı üç qızı və Şövkət adlı bir oğlu olur. Oğlu Şövkət işlədiyi bankda Ferhunde ilə evlənir. Ferhunde qeybətpərəst adamdır, əyləncəyə və geyimə çox düşkündür.

Gəlin də Leyla və Neclanı aldadır, onlar da əyləncəyə, geyimə düşkün olurlar. Ev əyləncələri, çay süfrələri təşkil edilməyə başlanır. Bu vəziyyət evdə maddi sıxıntıların artması ilə nəticələnir. Onsuz da evdən narazı olan Leyla və Necla özlərinə yaraşan gəlin gələndə daha da narazılıq edirlər. Ev ikiyə bölünür, tez-tez mübahisələr yaranır. 

Maddi çətinlikdən, dava-dalaşdan bezən evin böyük qızı Fikrət qəsdən bir neçə uşaqlı qoca dul adamla evlənir. Beləliklə, nəsil ağacının ilk yarpağı düşmüş olur.

Bir müddət sonra evin gəlini Ferhunde evi tərk edir. Var-dövlətə və geyimə düşkün olan Necla zəngin olduğu üçün suriyalı iş adamı ilə evlənir. Kişi qızı götürüb Suriyaya aparır. Suriyada Necla xoşagəlməz bir sürprizlə qarşılaşır. Kişinin artıq bir neçə arvadının olduğu ortaya çıxır. Səhv etdiyini başa düşən Necla onu xilas etmələri üçün ailəsinə məktublar yazır. Beləliklə, ikinci yarpaq da ağacdan düşmüş olur. Bu arada, yaşadıqları böyük ev satılır, daha kiçik ev alınır, çünki evdəkilərin sayı azalır, dərdlər çoxalır.

Evin oğlu Şövkət dərdlərindən qurtulmaq üçün geri qaytaracağını düşünərək bankdan gizlincə pul alır, lakin ödəyə bilmir. O, pulu mənimsədiyinə görə həbsxanaya düşür. Üçüncü yarpaq da belə düşür.

Evin balaca qızı Leyla yanlış yola düşür. Buna görə də Əli Rıza bəy Leylanı evdən qovur. Bu, da dördüncü yarpağın düşüşü olur. 

Həyat yoldaşı Hayriyə Xanım qızı Leylanın yanına köçür. Baş verənlərdən çox təsirlənən və tək qalan Əli Rıza bəy insult keçirərək xəstəxanalara düşür. Atasının əlindən tutan isə evdən qovduğu qızı Leyla olur. Əli Rıza bəyi özü ilə aparır, yaxşı baxır, atası qısa zamanda sağalır. Lakin dostları qızı Leylanın vəziyyətini onun üzünə vurmağa davam etdiyi üçün o, pərişan olur və xoşbəxtlikdən uzaq həyat sürür.


Mənbə: Edebiyat Öğretmeni

Tərcümə etdi: Aydan Qasımova

Paylaş
Şərh əlavə et