Bu gün:

Kimçi nədir?


Kimçi, xüsusilə, Koreyada ən çox istifadə edilən qidalardan biridir. Gimçi və ya kimçe kimi də tanınan bu qida mayalanmış qırmızı bibər və tərəvəzlərdən, xüsusən də, çin kələmindən hazırlanan ənənəvi Koreya yeməyidir. Qidanın mənası sıxılmış və maye ilə isladılmış tərəvəzlər deməkdir.

Kimçi, əsasən, Koreyada qarnir kimi verilir, lakin bəzi yeməklərin tərkib hissəsi kimi də istifadə olunur.

Kimçi nələrlə hazırlanır? 

Kimçi, adətən, tərəvəz və ətirli ədviyyatların qarışığından ibarətdir. Ən məşhur və ümumi tərkib hissəsi Çin kələmi olsa da, regional və mövsümi dəyişikliklərlə də olur. Hazırlamaq üçün turp, sarımsaq, paprika, göy soğan, mürekkep balığı, istiridyə, digər dəniz məhsulları, təzə zəncəfil, duz və şəkərdən istifadə edir.

Mənbə: Hürriyet

Tərcümə etdi: Aydan Qasımova

Paylaş
Şərh əlavə et