Bu gün:

Səssiz irəliləyən təhlükə: Uşaqlarda göz tənbəlliyi


Uşaqlarda rast gəlinən göz tənbəlliyi (ambliyopiya) müalicə olunmadıqda qalıcı görmə itkisinə səbəb ola bilər. Lakin erkən diaqnozla bu problemi tam aradan qaldırmaq mümkündür. Bu xəstəlik çox vaxt valideynlər tərəfindən gec fərq edilir, çünki uşaq bir gözü ilə yaxşı gördüyünü düşünə bilər. Buna görə erkən yaşlarda mütəmadi göz müayinəsi böyük əhəmiyyət daşıyır.

Göz tənbəlliyi çox vaxt səssiz şəkildə inkişaf edir və 0–8 yaş arası dövr müalicə üçün ən vacib mərhələ sayılır. Əsas müalicə üsulu sağlam gözün bağlanması ilə tənbəl gözün işini gücləndirən “qapama” üsuludur. 

Bununla yanaşı, texnologiyanın köməyi ilə yeni üsullar — xüsusi filtrlər, atropin damlaları və 3D görmə məşqləri də tətbiq olunur. Müalicə prosesi uzunmüddətli olsa da, düzgün yanaşma ilə tam sağalma mümkündür. Xəstəlik vaxtında müalicə olunmazsa, görmə itkisi qalıcı hala gəlir və insanın həyat keyfiyyətini azaldır. Erkən müayinə və mütəmadi göz nəzarəti uşaqlarda sağlam görməni qorumağın əsas yoludur. Valideynlər uşaqlarının görmə davranışlarına diqqət etməli, hər hansı şübhəli əlamət olduqda dərhal həkimə müraciət etməlidirlər. Sağlam görmə uşağın həm fiziki, həm də zehni inkişafının vacib təməlidir.

MƏNBƏ:TRT HABER
Tərcümə etdi: Fidan Mənsimova 

Paylaş
Şərh əlavə et