Bu gün:

Niyə kədərlənib ağladıqda özümüzü daha yaxşı hiss edirik?


Əslində “ağlamaq” dediyimiz hadisə üç növə bölünür:1. Əsas göz yaşları:

Gözün qurumasının qarşısını almaq üçün ifraz olunan göz yaşlarıdır. Heç gözünüzü qorumadan motosikletə minmisiniz, ya da maşının pəncərəsindən başınızı çıxarmısınızmı? Gözünüzə daxil olan küləyin təsirindən axan yaşlar bu qrupa daxildir. Əlbəttə, gündəlik həyatda da bu göz yaşları daim ifraz olunur, lakin normal hallarda biz onların varlığını hiss etmirik.

2. Reflektor göz yaşları:

Hər hansı xarici təsirə cavab olaraq ifraz olunan göz yaşlarıdır. Məsələn, soğan doğrayanda ağlamağımız bu səbəbdəndir. Bu tip göz yaşları gözü zərərli təsirlərdən qorumaq və həmin təsirdən qurtulmaq üçün yaranır.

3. Emosional göz yaşları:

Yalnız insanlara xas olan və “antidepresan təsiri göstərir” dediyimiz göz yaşları məhz bunlardır. Sevgilindən ayrıldıqda, pis gün keçirdikdə və ya kədərli bir film izlədikdə axıtdığımız göz yaşları bu qrupa daxildir.

Emosional göz yaşlarının məqsədi insanı daha yaxşı hiss etdirməkdir. Bu da iki yolla baş verir: Əvvəla, bu göz yaşları ətrafımıza bir siqnal göndərir. Gözlərimizin sulanması nəticəsində görmə qabiliyyətimiz zəifləyir və biz daha müdafiəsiz vəziyyətə düşürük. Bu zaman ətrafdakı insanlara sakitləşdirilməyə, qayğıya və mərhəmətə ehtiyac duyduğumuzun siqnalını veririk.

Dövri baxımdan yanaşsaq, dilin olmadığı dövrlərdə bu cür siqnal vasitəsilə ünsiyyət qurmaq, insanın sağ qalma şansını artırıb.

Bir araşdırmada ağlayan insanların şəkilləri götürülüb və fotoshopla göz yaşları silinib, lakin üz ifadəsi eyni saxlanılıb. İştirakçılardan həmin şəkillərə baxaraq insanların kədərli olub-olmadığını dəyərləndirmələri istənilib. Nəticədə, göz yaşı olan şəkillərdəki insanlar daha çox kədərli kimi qəbul olunublar.

Evrim və sosial tərəfləri kənara qoysaq, emosional göz yaşlarının əsas funksiyası bəzi hormonların ifrazını tənzimləyərək stres səviyyəsini azaltmaqdır.

Mənbə: Buzz feed 

Tərcümə etdi: Mina Yadigarlı

Paylaş
Şərh əlavə et