Ayaqqabılardan gələn qoxudan necə XİLAS OLMALI?

Ayaqqabılardan gələn qoxudan necə XİLAS OLMALI?

Yeni aldığınız ayaqqabını 5-6 dəfə geyindikdən sonra pis qoxu verməyə başlayırsa, bu məsləhətləri oxuyub istifadə etməyinizdə fayda var. 

Öncəliklə bu mövzuda bildiyiniz yanlışları unudun. Ayaqqabınızın içinə duxu, deodrant, otaq spreyi kimi şeylər tökərək pis qoxunu kamuflaj etməyə çalışmayın. Ayaqqabınızı havalı yerdə, ən az 4-5 saat havalandırın. Bunun üçün ən ideal yer balkondur.

Ayaqqabı qoxusunu aradan qaldıran vasitələrdən ən yaxşısı lavanda və adaçayıdır. Bir neçə yarpaq lavanda və adaçayını bir gecə ayaqqabınızın içində saxlasanız, qoxunun azaldığını müşahidə edəcəksiniz.

Uşaq pudrası da xeyli təsirli vasitədir. Uşaq pudrası nəmi içinə çəkərək qoxunun aradan qaldırılmasına kömək edər. Pudranı ayaqqabınızın içinə tökərək bir gecə elə saxlayın. 

Ayaqqabılarınızı yuduqdan dərhal sonra geyinməyin. Ayaqqabını ilk aldığınız, geyindiyiniz zamanlar yaxşı olar ki, içinə uşaq pudrası tökəsiniz.

Limon və portağal qabıqları da qoxudan xilas olmağa kömək edər. Limon və portağal qabıqlarını gecə boyu ayaqqabınızın içində saxlasanız, qoxunun azaldığını müşahidə edəcəksiniz.