Dünyanın müxtəlif yerlərində lüks istirahət mərkəzlərində yeni trend yaranıb. Turistlər artıq yalnız istirahət etməklə kifayətlənmir,həm də yeməklərini özləri toplamaq,ovlamaq və hazırlamaq istəyirlər.

İtaliyanın Amalfi sahilində yerləşən Casa Angelina otelində qonaqlar gecə dənizə çıxaraq yerli balıqçılarla birlikdə kalmar tutur, ertəsi gün isə otelin aşpazı ilə həmin balıqdan ənənəvi yemək bişirirlər. Oxşar təcrübələr İtaliya, Şotlandiya, Meksika, Kanada və İndoneziya kimi ölkələrdə də təklif olunur. Trüfel axtarışı, bitki yığımı və balıq ovu artıq turistlərin sevimli məşğuliyyətinə çevrilib.
Mütəxəssislər bu tendensiyanı müasir insanların texnologiya dolu, sürətli həyatından qaçaraq təbiətlə yenidən əlaqə qurmaq arzusu ilə izah edirlər. Wildflower Farms (ABŞ) otelinin rəhbəri Vinod Narayan bildirib ki, insanlar “torpağa toxunmaq və təbiətin bir hissəsini hiss etmək” istəyirlər.
Yeni trend həm də lüks anlayışını dəyişib: əvvəllər lüks rahatlıq və xidmətlə ölçülürdüsə, indi turistlər üçün əsas dəyər — təbiətdə olmaq, yerli mədəniyyətə qarışmaq və öz yeməklərini
MƏNBƏ:BBC news
Tərcümə etdi:Aydan Xudayarova
