Yeni araşdırmalar göstərir ki, müntəzəm meyvə qəbulu hava çirkliliyinin ağciyər funksiyalarına mənfi təsirini zəiflədə bilər. Xüsusilə gündə dörd və daha çox porsiya meyvə yeyən qadınlarda ağciyər tutumunun azalması daha az müşahidə olunub.
Tədqiqat İngiltərənin Lester Universitetində aparılıb və 200 mindən çox insanın qidalanma vərdişləri ilə hava çirkliliyinə məruz qalma səviyyəsi müqayisə edilib. Nəticələrə görə, meyvə ilə zəngin qidalanan şəxslərdə havadakı zərərli hissəciklərin ağciyər fəaliyyətinə mənfi təsiri daha zəif olub.
Mütəxəssislər bildirirlər ki, meyvələrdəki antioksidant və iltihab əleyhinə maddələr oksidləşmə stressini azaldaraq ağciyərləri qoruyur. Bununla belə, alimlər vurğulayır ki, sağlam qidalanma faydalı olsa da, hava çirkliliyini azaltmaq üçün dövlət siyasətləri əvəzolunmazdır.
Mənbə: TRT Haber
Tərcümə etdi: Fidan Mənsimova
