Həkimlər öskürək və soyuqdəymə zamanı orqanizmin nəmləndirilməsini vacib sayıb. Dr Rikardo Xose tez-tez maye içməyi, Dr Jenna Macciochi isə kəklikotu və zefir kökü çayını, balı sakitləşdirici kimi tövsiyə edib.

Quru öskürəkdə bal-limon çayı, sinəli öskürəkdə biyan kökü və ananas faydalı olub. Prof Ron Eccles isti toyuq və pomidor şorbalarının boğazı yumşaltdığını bildirib.
Asma Xan zerdeçal südünü, dietoloq Sofi Medlin isə sümük bulyonunda bişmiş tərəvəz və toyuq şorbasını məsləhət görüb.
Boğaz ağrısında bal-limon içkisi, yoqurt və dondurma sakitləşdirici təsir göstərib. Zəncəfil və bibərli masala çayı qan dövranını artırıb, sinusları təmizləyib.
Qrip zamanı limonlu çay, kokos suyu və yüngül şorbalar orqanizmi dəstəkləyib. Mədə narahatlığında zəncəfil çayı və sadə yeməklər məsləhət görülüb.
Baş ağrısında maqneziumlu qidalar – ispanaq, fıstıq, tam taxıllar – faydalı sayılıb. Ümumi halsızlıqda bal, zəncəfil və zerdeçalla hazırlanan “od balı” bədəni gücləndirib.
Müalicədən sonra mütəxəssislər probiotik qidalar – kefir, yoqurt və tərəvəzlərlə balanslı pəhrizə qayıtmağı tövsiyə edib.
Mənbə: theguardian.com
Tərcümə etdi: Aylin Bayraməliyeva
