Bu gün:

Qanda 50-dən çox xərçəng növünü aşkarlayan test ümidverici nəticələr göstərib


Yeni tədqiqatın nəticələrinə görə, 50-dən çox xərçəng növünü aşkar edən qan testi diaqnostika prosesini xeyli sürətləndirə bilər. 

Qalleri adlı bu test ABŞ-nin “Qrail” şirkəti tərəfindən hazırlanıb və hazırda Böyük Britaniyada Milli Səhiyyə Xidməti tərəfindən sınaqdan keçirilir.

ABŞ və Kanadada 25 üzərində aparılan sınaqda test iştirakçıların təxminən 1%-də müsbət nəticə göstərib və bu halların 62%-də xərçəngin mövcudluğu təsdiqlənib. Test, həmçinin mənfi nəticə alanların 99%-dən çoxunda xərçəngi düzgün istisna edib.

Araşdırmanın rəhbəri, Oreqon Universitetindən Dr. Nima Nabavizadeh nəticələrin xərçəngin erkən mərhələdə aşkarlanmasına kömək edərək "xərçəng skrininqinəyanaşmanı tamamilə dəyişdirə biləcəyini" bildirib. 

Bununla belə müstəqil alimlər bildirirlər ki, testin xərçəngdən ölüm hallarını azaldıb-azaltmadığını bilmək üçün əlavə sübutlara ehtiyac var. Tam nəticələrin gələn il Milli Səhiyyə Xidmıtinin 140 min nəfəri əhatə edən üçillik tədqiqatının sonunda açıqlanacağı gözlənilir.

Tərcümə etdi: Nərmin Məmmədzadə

Mənbə: BBC

Paylaş
Şərh əlavə et