Bu gün:

Buzlaqların əriməsi ilə ortaya çıxacaq viruslar


Əsrlər boyu buzlaq vəziyyətində olan donmuş torpaq təbəqəsi iqlim dəyişikliyi və qlobal istiləşmənin təsiri ilə əriməyə başlayıb. Bu, o deməkdir ki, onların tərkibində olan və aktiv olmayan bakteriya və viruslar onların yenidən ortaya çıxmasına səbəb olacaq.

• XX əsrdə 1 milyondan çox maral qarayaradan öldü və dərin qəbirləri qazmaq mümkün olmadı. Əslində, Rusiyanın şimalında 7 min dondurulmuş dəfn var.
Bu, o deməkdir ki, buzlar əridikcə yenidən qarayara bakteriyasına məruz qala bilərik.

• 1990-cı illərdə aparılan araşdırmalar nəticəsində Sibirin cənubunda daş dövrünə aid insan qalıqları aşkar edilib və onların bədənlərində çiçək xəstəliyinə aid yaralar müşahidə edilib.

• 2005-ci ildə onlar Alyaskada 32 min ildir dondurulmuş bakteriyalar tapılıb. Mamont dövründən qalan bu bakteriyalar buzlaqların əriməsi zamanı hərəkət edirdi. İki il sonra Antarktidada 8 milyon ildir donmuş bakteriya yenidən həyata qaytarıldı.
Qarayara, tetanoz və bəzi göbələklər kimi bakteriyalar yüz ildən çox donmuş vəziyyətdə qala bilir. Bütün bunlar onu göstərir ki, yüzlərlə, hətta minlərlə ildir donmuş bakteriya və viruslar yenidən aktivləşə bilirlər. Bu bakteriya və virusların bəzilərinin insanlar üçün yoluxucu olmadığı düşünülsə də, onların antibiotiklərə qarşı davamlı olma ehtimalı var. Daha əvvəl heç bir antibiotiklə qarşılaşmayan bu bakteriyaların müqavimət göstərməsi qəribə görünür, elə deyilmi?

• Bəs bütün bunlardan narahat olmalıyıq?

Bəzi elm adamları deyirlər ki, yeraltı təhlükələri bilmədiyimiz üçün bundan narahat olmamalı və diqqətimizi iqlim dəyişikliyi və qlobal istiləşmənin nəticələrinə yönəltməliyik. Digərləri deyirlər ki, qədim bakteriya və virusların gətirəcəyi riskləri dəqiq bilməsək də, onları gözardı edə bilmərik.

Mənbə: Onedio

Tərcümə etdi: Fidan Əlizadə

Paylaş
Şərh əlavə et