Bu gün:

Anoreksiya nervoza nədir və niyə baş verir?


Psixoloji xəstəlik olan anoreksiya nervoza model xəstəlik kimi də tanınır. Bu xəstəlik arıq qalmaq üçün həddindən artıq vəsvəsəsi olan insanlarda görülən həyati təhlükəsi olan bir qidalanma pozğunluğudur.

Anoreksiya nervoza kökəlməkdən şiddətli qorxan yemək pozğunluğuna verilən addır. İştahsızlıq kimi də tanınan bu xəstəlikdən əziyyət çəkən insanlar çəkilərinə nəzarət etmək üçün öz həyatlarında köklü dəyişikliklər etməyə meyllidirlər.

• Anoreksiya nervozanın əlamətləri
Anoreksiya nervoza simptomları fiziki dəyişikliklərlə birlikdə başa düşülür. Kökəlməkdən son dərəcə qorxan insanlar çəkisinin az olmasına baxmayaraq, çox məhdud bir pəhriz saxlayırlar. Anoreksiya sinirozunun əlamətləri arasında xəstəlik əlamətinin olmamasına baxmayaraq kəskin şəkildə arıqlamaq, daim tərəzidə olmaq, boş paltarlar geyinərək zəifliyini gizlətmək, heç vaxt kifayət qədər arıq olduğuna inanmamaq, daima çəkidən narahat olmaq daxildir. Bundan əlavə, insanlar yemək yedikdən sonra qusur və pəhriz həbləri, sidikqovucular və ya işlətmə dərmanları istifadə edərək yediklərini atmağa çalışırlar. Özünü cəzalandırmaq üçün ağır hərəkətlər etmək və uzun müddət tualetdə qalmaq da anoreksiya xəstələrində görülən davranış pozğunluqlarıdır.

• Anoreksiya nervozanın müalicəsi
Anoreksiya nervoza öz-özünə keçə bilən bir xəstəlik deyil. Anoreksiya nervoza müalicəsində ediləcək ilk şey sağlam bir çəkiyə çatmaqdır. İnsan sağlam çəkiyə çatmadan və sağlam qidalanmağı öyrənmədən anoreksiyadan xilas ola bilməz. İnsanın sağlam çəkiyə çatması üçün yemək pozğunluqları üzrə mütəxəssis olan psixiatr, diyetisyen, psixoloq, fizioterapevt kimi sağlamlıq işçilərinin qatqıları ilə yaradılan komanda işi lazımdır. Müalicənin davamlılığı və davamlı qidalanma təhsili fərdin sağalması üçün çox əhəmiyyətlidir. Anoreksiya sinirozunun həm psixoloji, həm də fiziki olaraq mənfi təsirləri olduğu üçün müalicə prosesi uzun sürən bir xəstəlikdir.


Mənbə: NTV

Tərcümə etdi: Fidan Əlizadə

Paylaş
Şərh əlavə et