Bu gün:

“Birinci instansiya məhkəməsində məsələlər tam araşdırılmır”


24media.az-ın " 1 sual, 1 cavab" rubrikasının növbəti qonağı hüquqşünas Mehman Muradlıdır. Hüquqşünas Azərbaycandakı apellyasiya məhkəmə sistemlərində verilən yanlış qərarlar haqqında danışıb.

- Azərbaycanda bəzi hökmlər apellyasiya məhkəməsində dəyişir. Bəzən birinci instansiyada qəbul edilən yanlış qərarlar ilə də bağlı olur. Bunu necə dəyərləndirirsiniz?

-Azərbaycanda məhkəmə sistemi üçpilləlidir. Birinci məhkəmə pilləsində mülki, inzibati məcəllə ilə tənzimlənən məhkəmə sistemi də mövcuddur. İnzibati xətalar ilə bağlı məhkəmə ikipillədən ibarətdir. Birinci instansiyada da, ikinci instansiyada da ali məhkəməyə şikayət vermək olmur, yəni apellyasiya instansiyasının qərarı sonuncu olur. Məsələnin cinayət tərəfinə gəlincə isə birinci instansiya məhkəmələrindən bəzi hallarda, əgər apellyasiya məhkəməsi hökm veribsə, qərarı ləğv edə bilərlər. Bu onunla bağlıdır ki, birinci instansiya məhkəməsində bəzən məsələlər tam ətraflı araşdırılmır. Bu apellyasiya instansiya məhkəməsində cinayət işlərində prossesual pozuntu varsa, məhkəmə istintaqı ilə baxılmır. Hökmün cəza hissəsində şikayət verilən zaman tutaq ki, hər hansı bir şəxsə çox cəza verilib, lakin az cəza tətbiq edilməlidir-belə olan zaman məhkəmə istintaqı ilə bu hallarda baxılmır. Düşünmürəm ki, birinci instansiyada yanlış qərar verilir. Birinci instansiya məhkəmələrində ümumi şəkildə bir hakim işə baxır. Ancaq ixtisaslaşmış cinayət işlərində isə üç hakim işə baxır. Bunu birinci instansiya məhkəmələri üçün yanlış qərar kimi hesab etmirəm. Qanunvericilik insanlar üçün bu imkanı yaradıbsa, apellyasiya instansiya məhkəməsi birinci instansiya hakiminin çıxardığı yanlış qərara görə həmin hakimi cəzalandıra, yaxud onun haqqında xüsusi qərar da çıxara bilər. Birinci instansiya məhkəməsində bütün sübutlar tətbiq olunmadığı halda, apellyasiya məhkəməsi istintaqı ilə işə baxanda şikayətdə öz əksini tapır. Bu halda, apellyasiya instansiyası həmin işlərə diqqətlə baxmağa məcbur qalır. Hətta öz praktikamda belə vəziyyət ilə qarşılaşmışam. Birinci instansiya və ikinci instansiya məhkəməsi bir insanı təqsirkar bilib, haqqında hökm çıxarmışdır. Ali məhkəmə şikayətimizdən sonra apellyasiya baxışına göndərdilər. Bundan sonra həm birinici instansiya, həm də ikinci instansiya məhkəməsinin buraxdığı səhvləri, bu məsələlərin  araşdırılması üçün göstərişlə geri göndərdilər. Hətta məhkəmə istintaqı ilə gedilməsinə baxmayaraq, burada əlavə şahidlərin dindirilməsi məsələsi də öz əksini tapmamışdır. Bunların hamısı həyata keçirilməli idi. Bəzən vəkillərdə də, apellyasiya instansiyasında işlərə baxılanda hər hansı bir detalın gözdən yayındığının fərqinə varırıq.

Fatimə Mustafayeva

Paylaş
Şərh əlavə et