Bu gün:

Astenopiya nədir, necə yaranır?


24media.azın “1 sual, 1 cavab” rubrikasının növbəti qonağı Oftalmoloq Elvin Yadigarovdur. Oftalmoloq göz yorğunluğu zamanı nə etməli olduğumuz haqqında danışıb.

 -Göz yorğunluğu niyə yaranır?

Göz yorğunluğu, yəni tibbi adı astenopiya olan bu xəstəlik gözlərin intensiv və uzun müddət istifadə nəticəsində yorğun düşməsindən yaranır. Yəni uzun müddət kompüter, telefondan istifadə etdikdə və ya mütaliə zamanı astenopiya yaranır. Göz yorğunluğu gözlərinizdə yaranan ağrı və ya qaşınmalara görə narahatedici ola bilər yalnız dincəlməklə keçir. Bunun qarşısını almaq üçün 30/30/30 prinsipini tətbiq etmək lazımdır. Hər 30 dəqiqədən sonra yaxın işini dayandırmaq və uzaq məsafədə (təxminən 30metr) bir əşyaya 30 saniyə baxmaq lazımdır. Hər 30 dəqiqədən bir bu məşqi etmək lazımdır. Bu zaman göz yorğunluğu nisbətən aradan qalxmış olur.

24media.az qeyd edir ki, qara çay, xiyar kimi məhsullarla gözləri sıxaraq gözləri dincəlmək mümkündür. Gözlər soyuq suya batırılmış nəm dəsmal və ya parça ilə də dincələ bilər. Çobanyastığı çayı içmək həm bədəni sakitləşdirir, həm də gözləri rahatladır.

Səadət Quliyeva

Paylaş
Şərh əlavə et