Oktyabr, Noyabr və Dekabr aylarında doğulan uşaqlar daha uğurlu ola bilərlər.
Harvard Universitetində aparılan araşdırma göstərir ki, xüsusilə Oktyabr, Noyabr və Dekabr aylarında doğulan uşaqlar uzun müddətli perspektivdə daha uğurlu ola bilərlər. Bu uşaqların bilişsel qabiliyyətlərini nümayiş etdirməkdə daha bacarıqlı ola biləcəyi aşkar edilib.
Bəs səbəb nədir?
Uşaqların doğum ayının “astroloji” zəkaları ilə heç bir əlaqəsi yoxdur. Əksinə, bu aylarda doğulan uşaqlar adətən təhsil həyatına həmyaşıdlarından bir yaş kiçik başladığı üçün təhsil həyatında daha dözümlü, daha uyğunlaşa bilən və daha ağıllı ola bilirlər. Bu isə uzun müddətdə Oktyabr, Noyabr və Dekabr aylarında doğulan uşaqların daha uğurlu olmasını təmin edir.
Araşdırma göstərir ki, bu kiçik yaş fərqi yetkinlikdə çox vacib olmasa da, erkən uşaqlıq dövründə nevroloji yetişkinlik, diqqət müddəti və motor bacarıqlar baxımından böyük fərq yaradır. Oktyabr, Noyabr və Dekabr aylarında doğulan uşaqlar, daha yetkin həmyaşıdlarına ayaq uydura bilmək üçün daim “əlavə səy” göstərirlər. Bu da uşağın problem həll etmə, yaradıcılıq inkişafını dəstəkləyir, qısaca daha “ağıllı” olmasına səbəb olur.
Eyni zamanda, bu uşaqlar sosial və emosional bacarıqlar baxımından da əhəmiyyətli inkişaf göstərirlər. Qrupa uyğunlaşmağa çalışan uşaqlar effektiv ünsiyyət qurmağı, empatiya göstərməyi və adaptasiyanı öyrənirlər. Bu yaşlarda çətinliklərlə mübarizə aparan uşaqlar, uğursuzluğa qarşı daha yüksək dözümlülük göstərir və nəticədə yetkinlikdə daha çox risk götürərək daha uğurlu ola bilirlər.
Harvard tədqiqatçıları vurğulayır ki, bu nəticə “qədər” deyil; zəkaya genetik, ailə mühiti, təhsil keyfiyyəti və sağlam həyat tərzi kimi bir çox amil təsir edir. Nəticə etibarilə, uşağınız bu aylarda doğulmasa da, onun maraqlarını təşviq etmək, öyrənmə sevgisini aşılamaq və potensialını həyata keçirməsinə dəstək olmaq, uşağınızın uzun müddətli uğurunun açarıdır.
Mənbə: Onedio
Tərcümə etdi: Mina Yadigarlı
