Bu gün:

İkiqai fəlsəfəsi


Həyatdakı sevincimizdən asılı olmayaraq, gündəlik şəraitdə və həyat mübarizəsinin çətinliklərində istər-istəməz də olsa, sevincimiz həmişə mənfiyə doğru yox olur. İlk ağıla gələn hər səhər işə getməmək istəyi, bazar ertəsi sindromları, məktəbə nifrət, münasibətlərin qarışıqlığı, evdəki narahatlıq, tıxaclar olur. O zaman maliyyə çətinlikləri, gələcək planların yalnız planlarda olması, maliyyə gözləntilərinin həmişə gəlirdən asılı olması kimi amillər əsas səbəblər sayıla bilər. 

Bir çox oxşar səbəblər arasında insan həyatı dediyimiz məna nəticədə çox xoşbəxt bir həyat yaşamadan fərqli düşüncələr arasında sürüklənir. Yaponiyanın Okinava arxipelaqında yaşayan insanların dünyada ən yüksək orta yaşa malik olduğu məlumdur. Ömrü orta hesabla 100 ildən yüksək olan okinavalıların sirri, Okinavadan minlərlə kilometr uzaqlaşmağa başlayan bugünkü şöhrətdir- ikiqai. 

Son zamanlar adını tez-tez eşitdiyimiz, yerli və xarici medianın diqqət mərkəzində olan ikiqai sözünün mənası- "iki" həyat, "gai" məqsəd deməkdir. Bunu "həyatın məqsədi" olaraq təyin edə bilərik. İkiqai fəlsəfəsinin ən yaxşı tərifi, şübhəsiz ki, “səhər oyananda sizi yataqdan qaldıran şey” adlanır. 

Yapon dilində təqaüd sözü əvəzinə ikiqaidən istifadə etməyə üstünlük verirlər. Təqaüdə çıxmaq əvəzinə tam və stresssiz bir həyat sürməyi hədəflədikləri üçün ikiqai fəlsəfəsini həyatlarının mərkəzinə qoyublar. Bu söz və fəlsəfə həyata məna verən, enerjisini daim yüksək tutan bir fəlsəfədir. Bu, tamamilə insanın öz içinə səyahətindən və əslində onu nəyin xoşbəxt edəcəyini, səhər yataqdan niyə qalxacağını düşünərək və bunu həyat şüarı kimi görməkdən ibarət olan bir həyat tərzidir. 

Yaponlara görə hər bir fərdin özünəməxsus ikiqaisi, bir növ həyat məqsədi var. Hər kəsin öz içindəki səyahəti və onun ikiqayını axtarması əslində varlıq səbəbimizi, necə bir insan olduğumuzu, necə bir insan olmalıyıq sualını verdiyimiz bir səyahətdir. 

Əgər ikiqai varsa, stress, depressiya, narahatlıq, psixoloji pozğunluqlar, dolanışıq qorxusu kimi böyük saydığımız problemləri yaşamayacaqsınız. Təqaüd qayğılarını başınızdan çıxarın. Qarşıda sizi uzun illər gözləyir. Təqaüd haqqında düşünərək bu illəri sərf edə bilməzsiniz. Təqaüdə çıxın. Çünki sizin əsas işiniz öz dərin ikiqanızı ortaya çıxarmaqdır. 

İkiqayınızı tapmaq üçün əvvəlcə özümüzə aşağıdakı sualları verməliyik:

• Mən bu həyatda həqiqətən nə etmək istəyirəm? Məni ən çox nə xoşbəxt edəcək?

• Məni həyəcanlandıran və ehtirasımı alovlandıran nədir?

• Mənim əsl istedadım nədir? Bunu necə aşkar edə bilərəm?

• Mən dünyanı sonuncu dəfə nə vaxt xatırladım? Öz dərdlərimdən qurtulub.

Mən dünyanı nə vaxt düşündüm?

Həyatda həmişə yaxşı və pis parazitlər olacaq. Bunlardan qurtulub ikiqayımıza fokuslandıqda, “necə xoşbəxt yaşaya bilərəm” bunu ortaya qoyuruq. Tapmaq nə qədər çətin olsa da, ikiqayımızı həyatımızın əsasına qoysaq, qarışıqlıq aradan qalxar.

İkiqayının 9 qaydası bunlardır:

• Hər şeydən əvvəl təqaüdə çıxmağı unut.

• Pis anlarda belə gülümsəməyə laqeyd yanaşmayın.

• Davamlı olaraq idmanla məşğul olun.

• Ətrafınızda yaxşı insanların və yaxşı dostların olmasına diqqət edin.

• Heç vaxt təbii həyatı arxa plana atmayın. Unutmayın ki, siz də bunun bir parçasısınız.

• Tələsdiyiniz an sürəti azaldın. Narahat olmaq və səhv etmək əvəzinə yavaşlayın.

• Həmişə zövq aldığınız fəaliyyətlərlə məşğul olun.

• Hər səhər oyandığınız zaman oyandığınız səbəb sizinlə olsun.

• Şükür etməyi bilin.

Xülasə, ikigai- həyata aid etdiyiniz mənaların bir sözdən ibarət versiyası,cəmidir. Həyata gözəl mənalar əlavə etməyə davam edin. Mənalardan daha çox məna çıxararaq həyatınızı daha gözəl edə bilərsiniz. 

Mənbə: Gaia dergi

Tərcümə etdi: Nuran Əhmədzadə 


Paylaş
Şərh əlavə et