Bu gün:

Eynşteyn halqası


Eynşteyn halqası adlanan fenomenin ən maraqlı nümunələrindən biri James Webb Kosmik Teleskopu tərəfindən çəkilmiş bu fotoşəkildə görünür.

Eynşteyn halqasına "qravitasiya linzalanması" adlı bir hadisə səbəb olur. Qravitasiya linzalanmasında, Yerdən baxıldıqda iki düzlənmiş qalaktikadan gələn şüalar arxada qalan qalaktika ön qalaktikanın cazibə qüvvəsindən təsirlənir və arxa qalaktika ondan daha böyük görünür.

James Webb Kosmik Teleskopu tərəfindən çəkilmiş fotoşəkildə Yerdən 12 milyard işıq ili uzaqda olan SPT0418-47-dən gələn şüalar yaxınlıqdakı başqa bir qalaktikanın cazibə qüvvəsindən təsirlənir və SPT0418-47 olduğundan daha böyük görünür. Şəklin mərkəzindəki mavi görünən hissə ön plandakı qalaktikadan, xarici narıncı halqa isə SPT0418-47-dəndir.

James Webb Kosmik Teleskopu tərəfindən əldə edilən məlumatları təhlil edən astronomlar SPT0418-47 işığında halqalı üzvi molekullardan qaynaqlandığını düşündükləri siqnalları aşkar etdilər. Bu məlumatlar sayəsində qalaktikaların kainatın ilkin mərhələlərində necə əmələ gəldiyi və hansı dəyişikliklərdən keçdikləri ilə bağlı əhəmiyyətli məlumatların əldə ediləcəyi düşünülür.

Mənbə: Bilim Genç Tübitak

Tərcümə etdi: Aydan Qasımova

Paylaş
Şərh əlavə et