1990-cı illərdə bodibilderlər və idmançılar arasında məşhurlaşan kreatin indi 40 yaşlarında qadınların da gündəlik əlavəsinə çevrilib. Elmə görə bu maddə əzələ gücünü artırmaqla yanaşı, beyin fəaliyyətinə və əhval-ruhiyyəyə də müsbət təsir göstərə bilər.
Kreatin nədir?
Bu, bədəndə təbii olaraq istehsal olunan və hüceyrələrə enerji verən bir birləşmədir. Əzələlərdə saxlanılır və xüsusilə qısa, intensiv hərəkətlər zamanı enerji partlayışına səbəb olur.
Perimenopoz dövründə olan bir çox qadın, o cümlədən 46 yaşlı britaniyalı Keti Mansell kreatinin beyin dumanını aradan qaldırmağa və enerjini artırmağa
kömək etdiyini bildirir. O, gündəlik 6 qram qəbul etdikdən sonra həm əhvalının, həm də gücünün artdığını deyir.
Mütəxəssislər qeyd edirlər ki, kreatin təkcə əzələlərə deyil, həm də beyin sağlamlığına, yaddaşa və diqqətə
müsbət təsir göstərə bilər. Ancaq nəticələr hər kəsdə eyni deyil və daha çox araşdırma tələb olunur. Eyni zamanda uzunmüddətli istifadə zamanı bəzi insanlarda mədə narahatlığı, əzələ krampları və şişkinlik müşahidə oluna bilər. Böyrək xəstəliyi olanlara isə həkimlə məsləhətləşmək tövsiyə olunur.
Kreatin hələ “möcüzə əlavəsi” sayılmasa da, həm bədən, həm də beyin sağlamlığı üçün ümidverici nəticələr göstərir.
Mənbə: BBC News
Tərcümə etdi: Asiya Zeynallı