Bu gün:

Mariana çuxuru haradadır və orada nə var?


Dünyamızın və okeanımızın ən dərin nöqtəsi Sakit Okeanın qərbində yerləşir və "Mariana xəndəyi" kimi tanınır. Onun dərinliyi okean səthindən 10,911 metrdir. Yəni okean səthindən, təxminən 11 kilometr dərinlikdədir. Çuxurun uzunluğu 2550 kilometr, eni isə 96 kilometrdir.


Mariana xəndəyi İzu-Bonin-Mariana Subduksiya Zonası adlanan okean dibi boyunca uzanan çatlar şəbəkəsinin bir hissəsidir. Belə çatlar yer qabığını təşkil edən lövhələr bir-biri ilə toqquşduqda baş verir. Toqquşma xətti boyunca plitələrdən biri digərinin altına basdırılır və nəticədə çuxurlar əmələ gəlir.


Sakit okean plitəsinin dalma səbəbi bu plitənin qərb ucundakı qayaların 170 milyon illik və çox qədim olmasıdır. Buna görə də onlar daha yüksək sıxlığa malikdirlər və eyni zamanda, daha soyuqdur.


Mariana xəndəyindəki təzyiq 1086 bar və ya 108,6 meqapaskaldır. Bu təzyiqi belə izah edə bilərik: Bu, insanın 30x30 santimetrlik bir sahəyə göstərdiyi təzyiqdən, az qala 10.000 dəfə çoxdur. Başqa sözlə desək, 10000 nəfər 100 kiloqram adamın sənin üstünə ayaq basması kimidir. Bu təzyiqə görə, bu dərinlikdə suyun sıxlığı, təxminən 4,96% təşkil edir.

Bu dərinlikdə temperatur 1-4 dərəcə Selsi civarındadır.


Mənbə: Evrimağacı

Tərcümə etdi: Fərahim Rzazadə

Paylaş
Şərh əlavə et