Bu gün:

Şiddətli depressiyanın 5 əlaməti


Mütəxəssislər xəbərdarlıq edirlər ki, ümidsizlik hissi, həyatdan zövq ala bilməmək, yuxu pozğunluqları və ya ölümü düşünmək kimi simptomlar, şiddətli depressiyanın əsas göstəriciləri sırasındadır.Hər bir insanın depressiya təcrübəsi fərqlidir. Depressiya yüngül, orta və şiddətli olmaqla müxtəlif səviyyələrdə özünü göstərə bilər:

Yüngül depressiya – Əksər hallarda stresli dövrlərdə meydana çıxır, zamanla öz-özünə keçə bilər və müalicə tələb etməyə bilər.

Orta dərəcədə depressiya – Simptomlar daha davamlı olur və bir və ya bir neçə müalicə üsuluna ehtiyac yarana bilər.

Şiddətli depressiya – Müalicə olmadan keçməsi çətindir və mütləq tibbi müdaxilə tələb edir.

Depressiyanın gedişi zamanla dəyişə bilər: bəzən yüngül başlayıb ağırlaşa, bəzən isə eyni dövrdə şiddətində dalğalanmalar müşahidə oluna bilər.

Şiddətli depressiya üçün dəqiq bir standart tərif mövcud olmasa da, mütəxəssislər bəzi əsas əlamətləri nəzərə alırlar:

1. Psixotik əlamətlər

Reallıqdan qopma mənasına gələn psixotik əlamətlərə hezeyanlar, halüsinasiyalar, güclü narahatlıq və aqitasiya kimi simptomlar daxildir.

2. İntihar düşüncələri və davranışları

İntihar düşüncələri çox ciddi qəbul edilməlidir. Əsas göstəricilər:

        Ölüm arzusundan danışmaq

        İntihar planı qurmaq və ya cəhd etmək

        Vida etmə davranışları

        Riskli və özünə zərərverici hərəkətlər

        Alkoqol və ya narkotik istifadəsinin artması

        Kəskin əhval dəyişiklikləri

        Yuxu və qidalanma vərdişlərində dəyişikliklər

3. Melanxoliya

Melanxolik depressi yada insan həyatdan tamamilə zövq ala bilmir. Adətən səhər saatlarında simptomlar daha güclü olur. Diqqət dağınıqlığı, iştahasızlıq və yavaş hər

Depressiya təkcə psixoloji deyil, fiziki əlamətlərlə də müşahidə oluna bilər. Bunlara:

        Yuxusuzluq

        İştahın dəyişməsi

        Cinsi istəksizlik

        Xroniki ağrılar

        Həzm problemləri daxildir.


5. Psixomotor dəyişikliklər

Zehni və fiziki yavaşlama (psixomotor yavaşlama) baş verə bilər. Bu zaman incə motor bacarıqlar pozulur (məsələn, yerə düşən pulu götürməkdə çətinlik), üz ifadəsi sabit və cansız görünür, danışıq sürəti azalır.

Mənbə: NTV

Tərcümə etdi: Mina Yadigarlı

Paylaş
Şərh əlavə et