Ruh sağlamlığı çoxsaylı amillərdən təsirlənir və gündəlik həyatımızdakı kiçik vərdişlər bəzən fərqinə varmadan narahatlıq və depressiyanı gücləndirə bilər. Yuxusuzluq, balanssız qidalanma, davamlı stress və sosial media istifadəsi kimi faktorlar uzun müddət ərzində əhval-ruhiyyəyə mənfi təsir edə bilər. Özünüzü daha yaxşı anlamaq və emosional sağlamlığınızı qorumaq üçün gündəlik vərdişlərinizi izləmək və nəzarətdə saxlamaq önəmlidir.

Əgər siz də narahatlıq və ya depressiya hiss edirsinizsə, aşağıdakı gündəlik vərdişlərə diqqət edin:
1. Kofein
Çox kofein (təxminən 5 fincan qəhvə) narahatlığı və panik hücumları artıra bilər.
2. Alkoqol
Alkoqol qısa müddət xoşbəxt hiss etdirir, amma sonradan əhvalı pisləşdirir və depressiyanı dərinləşdirə bilər.
3. Sosial Şəbəkələr
Davamlı sosial media istifadəsi depressiya və narahatlığı artırır, xüsusilə özünəinamı aşağı olan insanlarda.
4. Yuxusuzluq
Kifayət qədər yatmamaq stress hormonlarını artırır və əhval-ruhiyyəni pisləşdirir. Minimum 6 saat yatmaq tövsiyə olunur.
5. Qidalanma
Çox işlənmiş qidalar depressiya riskini artırır. Təzə tərəvəz, meyvə və yağsız zülal üstünlük verin.
Mənbə: Across Boundaries
Tərcümə etdi: Arzu Qafarova
