Bu gün:

Tarixin qaranlıq tərəfi: Qul ticarəti


Qul ticarəti haqqında həqiqət: Tarixin heç vaxt silinməyəcək qaranlıq tərəfi olan qul alveri milyonlarla insana əzab verirdi. Qul ticarəti zamanı bir çox ölkələr yüksək gəlirlər əldə edir və lazım olmadıqca ticarəti dayandırmırdılar. 

1500-1860-cı illər arasında qul tacirləri 12,5 milyon qadın, kişi və uşaqları Afrika sahillərində trans-atlantik kölə gəmilərinə mindirdilər. Bu rəqəmə qul gəmisi gəlməmişdən əvvəl və səyahət zamanı ölənlər daxil deyil. 

Qul alverçilərinin əksəriyyəti kişilər olsa da, əslində yüzlərlə qadın da qul ticarətinə sərmayə qoyurdu. İngiltərədə, Fransada və Hollandiyada qul tacirləri öldükdən sonra bu vəzifəni qadınlar aldı. 

Gəmidəki məhbuslar dərhal təslim olmayıb və müqavimət göstərirdilər. İğtişaşlar Afrika sahillərində və ya onun yaxınlığında baş verirdi. Nadir hallarda müvəffəqiyyət qazansalar da, bu üsyanlar daha geniş təsir bağışlayırdı. Qul tacirləri üsyançılarla mübarizə aparmaq üçün dənizçilərin sayını artırmalı oldular ki, bu da xərclərə mənfi təsir edirdi. Bu, dənizə üzən qul gəmilərinin azalmasına səbəb oldu. 

1700-cü illərin sonlarında bir çox ölkələr qul ticarətinin qanuniliyini şübhə altına aldı. 1830-cu illərdə Avropa və Amerikadakı hər bir qul ticarəti ölkəsi ya beynəlxalq müqavilələr, ya da öz milli qanunları vasitəsilə ticarəti qadağan etdi. Lakin Braziliya və İspaniya da daxil olmaqla bir çox güclər bunu istəmədən və diplomatik təzyiq altında etdilər. Onların qadağaların ciddi şəkildə tətbiq etmək niyyəti az idi. 1800-cü illərdə qul ticarəti əslində daha çox gəlir gətirdi və qaçaqmalçılar cinayətlərinə məhəl qoymamaq üçün dövlət məmurlarına külli miqdarda rüşvət verməyə başladılar.

Qul ticarəti həyatı, iqtisadiyyatları mühitləri və mədəniyyətləri kökündən dəyişdirdi. Birincisi, təbii ki, köləlik milyonlarla insanı məhv etdi. Orta Keçid dövründə ölən 1-2 milyon insandan əlavə, sağ qalanlar Amerikada tez-tez ömür boyu köləlik və ağır əməklə üzləşirdilər.

Qul ticarəti həm də əsrlər boyu Amerika və Avropada qaradərililərin zülmünü davam etdirən irqi iyerarxiyaları gücləndirdi. Kapitalizm, sənayeləşmə və imperializmlə sıx qarışan ticarət Atlantikanın hər iki tərəfindəki quldarları və cəmiyyətləri zənginləşdirməklə bu iqtisadi və siyasi sistemləri gücləndirdi.

Mənbə: History

Tərcümə etdi: Aytən Nazim 

Paylaş
Şərh əlavə et