Bu gün:

Eko çap üsulunu evdə necə edə bilərik?


Eko çap və ya təbii çap- parça üzərində bitkilərin, yarpaqların və çiçəklərin formalarını, rənglərini və izlərini buraxan bir texnikadır. Parçanın içərisinə yerləşdirilən çiçək, bitki və ya yarpaq təbii rəngini və ya formasını parçaya buraxır. Bu təzyiqə eko çap, təbii çap da deyilir. 

Eko çap ilə hazırlanan məhsulların hər biri unikaldır. Çünki təbiətdəki bitkilərin, yarpaqların və çiçəklərin hər biri özünəməxsus görünüş və teksturaya malikdir. Bitkinin rəngini və formasını parçaya köçürməyə imkan verən bu texnika ilə təbiətin ən gözəl detallarını daşıya bilərsiniz. 

Eko çap nədir?

Eko çap- köynəklərinizə, şalvarlarınıza, paltarlarınıza, şərflərinizə, süfrələrinizə və daha çox əşyalarınıza tətbiq edə biləcəyiniz gözəl texnikalardan biridir. Təbiətə uyğun çap üsulu olan eko çap həm də öz əlinizlə edə biləcəyiniz xüsusi bir texnikadır. Bu yolla həm yeni hobbi əldə edə, həm də yalnız sizdə olan nümunələri əldə edə bilərsiniz. Unikal dizayn əldə etmək üçün eko print texnikası ilə daha yaxından tanış ola bilərsiniz. Bu texnika əslində çox asandır. Etməli olduğunuz şey istədiyiniz çiçəkləri, bitkiləri və ya yarpaqları istədiyiniz parçalarla bir araya gətirməkdir. Parçanı böyük şəkildə yerə qoya və üzərinə əlinizlə çiçəklər və bitkilər yerləşdirə bilərsiniz. Daha sonra tərkibində bitki materialları olan parçanı çubuq və ya boruya möhkəm bağlaya və qaynar su ilə doldurulmuş qabda və ya qazanda bitkilərin naxışlarını parça üzərinə keçirə bilərsiniz.

Fəsillər dəyişdikcə rənglər də dəyişir. Bitkilər, bitki formaları dəyişir. Fərqli birləşmələr yaranır. Növbəti mövsümə qədər bir neçə ay ərzində görünən rəng birləşmələrini görə bilməzsiniz. Buna görə də yaxşı çap edəcəyiniz dövrü seçməlisiniz. Gəlin, birlikdə eko çap edək. 

Təbii boyama üçün lazım olan materiallar

Bitkilərin rəngini parçalara gətirmək sənəti kimi bildiyimiz eko çap ilə möcüzələr yaratmaq mümkündür. Yarpaqlar, çiçəklər, köklər, qabıqlar. Eko çap üçün təbiətdəki bir çox elementlərdən istifadə edə bilərsiniz. Təbii boyama ilə məşğul olarkən sizə lazım olan bəzi materiallar var. Bunları aşağıdakı kimi sıralamaq olar. Plastik əlcəklər, ip, qapaqlı qab, çubuq və ya boru, önlük, çap olunacaq çiçəklər və yarpaqlar, parça. 

Doğru parçadan istifadə edin

Parça seçimi eko çap üçün ən vacib məsələlərdən biridir. İpək parçaları seçə bilərsiniz, çünki boya daha asan qəbul edilir. Bundan əlavə yun və pambıq parçalar da uyğun olacaq. Əgər əylənmək istəyirsinizsə, müxtəlif parça növləri üzərində çap etməyə cəhd edə və istədiyiniz, ən uyğun olduğunu düşündüyünüz parçanı seçə bilərsiniz.

Bitki mənşəli boyamada tez-tez peyin külü, dəmir sulfat, duz və sirkə kimi məmulatlara üstünlük verilir. 

Yarpaqları və çiçəkləri bilərəkdən seçin

Təbii rəsm çəkməyə başlamazdan əvvəl etməli olduğunuz ilk şey istədiyiniz çiçəkləri və bitkiləri toplamaqdır. Təbiətdə gəzintiyə çıxa və nə tapa biləcəyinizi görə bilərsiniz. Əvvəla təbiətdən pay qoparmaq əvəzinə, tökülən yarpaqlardan, çiçəklərdən, ağac gövdələrindən faydalana bilərsiniz. Bəyəndiklərinizi seçib səliqəli paket hazırlasanız mükəmməl çap edə bilərsiniz.

Bütün bu mərhələlərdən sonra parça bişirmək və ya qaynar suya qoymaq kimi iki fərqli üsulu sınaqdan keçirə bilərsiniz. Hər bitkinin rəngləmə müddəti fərqlidir, ona görə də, ümumiyyətlə, deyə bilərik ki, 1-6 saat arasında gözləmək olar. Parçanın üzərinə yavaş-yavaş rənglər hopmağa başlayanda məhsulun hazır olduğunu başa düşə bilərsiniz. Öz unikal naxışlarınızı yaratmaq üçün əvvəlcə parçanı iplə bağlayın. Sonra quruladığınız parçanın üzərinə istədiyiniz çiçəkləri, yarpaqları və digər materialları qoyun. Parçanı taxta çubuq və ya boru ilə bərkidib möhkəm bağlayın. Bu mərhələdə istəsəniz, parçanı qaynada bilərsiniz. İsti suda islatma prosesini də tətbiq edə bilərsiniz. Parçanı bişirdikdən və ya günəşdə islatdıqdan sonra hazır olduğuna qərar verdikdə, parçanı çıxarın. Qurutma zamanı daha yaxşı, qalıcı çap əldə edə, təxminən 1 həftə sonra parçanı çıxarıb izlərini korlamadan parçanı sabunla yuya bilərsiniz.  

Mənbə: Çiçek sebeti blog

Tərcümə etdi: Nuran Əhmədzadə 


Paylaş
Şərh əlavə et