Bu gün:

Öskürən zaman qabırğalarınız qırıla bilər


Yaşlı insanlarda rast gəlinən sinə ağrısı artıq gənclərdə də tez-tez müşahidə olunur. Son dövrlərdə öskürəkdən sonra yaranan qabırğa sınıqları artmaqdadır. Bu barədə Sinə Cərrahiyyəsi Mütəxəssisi Prof. Dr. Güven Sədi Sunam xəbərdarlıq edib.


Mütəxəssisin sözlərinə görə, bu problem, xüsusilə gənc qadınlarda, astma xəstələrində və stress altında yaşayanlarda daha çox görülür.


Prof. Dr. Sunam bildirib ki, gənc yaşda qabırğa sınıqlarının əsas səbəbləri arasında D vitamini çatışmazlığı və hərəkətsizlik dayanır. Günəş işığından uzaq, qapalı mühitdə yaşayan gənclərdə sümük quruluşu zəifləyir və kiçik travmalar belə qabırğa sınıqlarına səbəb ola bilir.


O, həmçinin siqaretin yalnız ağciyər xəstəliklərinə yox, həm də tənəffüs yolu infeksiyalarına və öskürək tutmalarına yol açdığını vurğulayıb.


Mütəxəssis balanslı qidalanma, aktiv həyat tərzi və günəş işığından yararlanmağın vacibliyini qeyd edib:


“Sadəcə şorba yeməklə bu çatışmazlıqları aradan qaldırmaq mümkün deyil. Ən əsası günəşə çıxmaq, hərəkətli olmaq, qeyri-sağlam mühitlərdən və siqaretdən uzaq durmaq, təmiz havada olmaq lazımdır. Bu addımlar sağlam sümüklər və sağlam həyat üçün çox vacibdir”.


Mənbə: Hürriyet


Tərcümə etdi: Asiya Zeynallı


Paylaş
Şərh əlavə et