Bu gün:

Çiçəklərin maraqlı tarixi


Çiçəklərin mənaları onların xarakterlərindən və zəngin mifoloji tarixindən gəlir. Çiçəklər simvolizm və məna ilə doludur.

Yaponlar müxtəlif anlayışlarla çiçəkləri mənalandırma sənətini "Hanakotoba" adlandırırlar. Bu sənət növü İsveçə 17-ci əsrdə Kral II Çarlz tərəfindən İrandan gətirilmişdir.

Bu səbəbdən biz müxtəlif şəxsiyyətləri müxtəlif çiçəklərlə əlaqələndiririk, istəsək də, istəməsək də bunu hər zaman edirik. Ona görə də kiminsə şənlənməsini istədikdə sarı qızılgül, şiddətli sevgimizi göstərmək üçün qırmızı qızılgül göndəririk.

Peru zanbağı

Kiçik bir çiçək olan Peru zanbağı İnca zanbağı kimi də tanınır. Toxumları ilk dəfə baron Klaus fon Alstomer tərəfindən toplanıb. Çiçək orijinal adını Alstroemeridən götürüb.

Amaryllis

Rəvayətə görə, utancaq və kiçik pəri Amaryllis Herkules qədər güclü çoban olan Alteoya aşiq olur. Beləcə, Nərgiz gülü yaranır.

Anemon

Anemon adını yunanca "külək çiçəyi" sözlərinin antonimindən götürüb və Adonisin ölümündən sonra Afroditanın göz yaşlarından əmələ gəldiyi deyilir.

Flaminqo çiçəyi

Filaminqo çiçəyi kimi tanınan anturium, ürək formasına görə, ev və istiliyi təmsil edir.

Asters

Bu çiçək gözəlliyi və vəhşiliyi təmsil edir. Qədim dövrlərdə bu çiçəyi yandırıb, qoxusundan ətir hazırlayırdılar.

Cənnət quşu

Uçan rəngli quşlara bənzəyən bu çiçəyə cənubi Afrikada rast gəlinir. Xoşbəxtlik və cənnətlə əlaqələndirilir.

Buvardiya

13-cü Lüdovikin şəxsi həkimi Çarlz Buvarın şərəfinə adlandırılan bu çiçək həm də Pink Luck və Albatros kimi tanınır.

Qərənfil

2000 illik tarixi olan qərənfilin adının haradan gəldiyi məlum deyil və onun simvolizmi ilə bağlı hələ də müzakirələr gedir.

Xrizantema

Tarixi 15-ci əsrə qədər uzanan xrizantemlər bir çox fərqli hekayələrlə simvolizmə ev sahibliyi edir.

Jonquil

Yenidən doğulmağı və yeni başlanğıcları təmsil edən nərgizlər baharla əlaqələndirilir.

Frezya

Alman həkimi Heinrich Theodor Freese-nin şərəfinə adlandırılan frezya sitrusu şirin və ətirli bir çiçəkdir.

Qladiolus

Əvvəlcə Gladiolus adlandırılan bu çiçək adını latınca Gladius sözündən götürüb. Gladius qılınc deməkdir.

Sünbül

Əsl adı "Hyacinth" olan bu çiçəyin adının Hyakintos adlı yunan oğlanından gəldiyi deyilir.

Hydrangea

Yaponiyada kəşf edilən bu çiçəyin adı yunanca "Hydor" sözündən gəlir.

Süsən

Qədim yunan ilahəsi İrisin şərəfinə adlandırılan bu çiçək göy qurşağını simvolizə edir.

Yasəmən

Əsl adını, yunan mifologiyasına görə, gözəl pəri olan Syringadan götürən Yasəmən meşələrin tanrısı Pan tərəfindən təqib edilməsi ilə məşhurdur.

Zanbaq

1580-ci illərə aid olan zanbaq ilk dəfə Yunanıstanda aşkar edilmişdir.

Furin (külək zəngi)

Texas və Meksikada tapılan bu çiçək Şimali Amerikanın çöl çiçəyindən əldə edilir.

Orxideya

Ən rəsmi çiçəklərdən biri olan orxideya sevgini, lüksü, gözəlliyi və gücü təmsil edir.

Pion

Yunan mifologiyasında minillik tarixi olan pionun onlarla müxtəlif hekayəsi var.

Protea

300 milyon illik tarixə malik olan protea çiçəyi adını Poseydonun oğlu Proteadan almışdır.

Toy çiçəyi

Asiyada tapılan bu çiçək müalicəvi xüsusiyyətləri ilə tanınır.

Qızılgül

Sevgi və ehtirasın simvolu olan qızılgülü yunanlar və romalılar sevgi ilahələri Venera və Afrodita ilə əlaqələndirirlər.

Lalə

İran və Türkiyədən gələn lalələr XVI əsrdə Avropada böyüməyə başladı.

Mənbə: Macromore

Tərcümə etdi: Samirə İsmayılova

Paylaş