Bu gün:

Yaddaşı gücləndirməyin 5 təsirli üsulu


Son illərdə yaddaş itkisi ciddi qlobal problemə çevrilib. 2021-ci ildə dünyada 57 milyon insan demensiyadan əziyyət çəkib. Hər il isə təxminən 10 milyon yeni hal əlavə olunur. Mütəxəssislər bildirirlər ki, yaddaşı qorumaq üçün bahalı müalicələr şərt deyil. Sadə gündəlik vərdişlər kifayət edə bilər.

Tədqiqatlar göstərirlər ki, gəzinti, velosiped sürmək və üzgüçülük kimi sadə məşqlər yaddaşı gücləndirir. Fiziki fəaliyyət beyin hüceyrələrini cavanlaşdırır və qocalmanın təsirini azaldır.


Meyvə, tərəvəz, taxıl, omeqa-3 yağ turşuları və aralıq tipli pəhriz beyini qoruyur. Belə qidalanma zehni aydınlığı artırır və yaddaşın zəifləməsinin qarşısını alır.

Uzunmüddətli stress yaddaş mərkəzinə zərər verir. Kortizol hormonunun yüksəlməsi beyinə mənfi təsir göstərir. Meditasiya, yoqa və nəfəs məşqləri stressi azaldaraq yaddaşı gücləndirir.


Gündə 7–9 saat keyfiyyətli yuxu yaddaş üçün vacibdir. Yuxu zamanı qısamüddətli xatirələr uzunmüddətli yaddaşa çevrilir. Yuxu çatışmazlığı isə bu prosesi pozur.

Yeni dil öyrənmək, oyunlar oynamaq və tapmacalar həll etmək beyni aktiv saxlayır. “Ya istifadə edin, ya da itirin” prinsipi yaddaş üçün də keçərlidir.


Mütəxəssislər hesab edirlər ki, bu 5 sadə addım yaddaş itkisini ləngidə, beyin sağlamlığını isə uzun müddət qorumağa kömək edə bilər.


Mənbə: Times Entertainment

Tərcümə etdi: Asiya Zeynallı

Paylaş
Şərh əlavə et