Bu gün:

Yalnızlıq beynimizə necə təsir edir?


Sosial təcridin beynin fəaliyyətinə zərər verdiyinə işarə edən Prof. Dr. Uludüz deyir: "Əgər təklik sizin seçiminiz deyilsə və uzun müddət davam edirsə, bu, beyin sağlamlığınızın risk altında olduğunu göstərir."

İnsanların dincəlmək və yenilənmək üçün zaman-zaman təkliyə ehtiyacı olsa da, koqnitiv araşdırmalar göstərir ki, arzuolunmaz tənhalıq insanın fiziki, psixi və beyin sağlamlığına mənfi təsir göstərir.

''İnsan sosial varlıqdır. Beyin sosial olmaq üçün inkişaf etmiş bir orqandır və siz bu təkamülü geri qaytara bilməzsiniz. Yaşamağın açarı bu sosial təkamüldür” deyə Nevrologiya Mütəxəssisi Prof. Dr. Derya Uludüz qeyd edib.

Koqnitiv tənəzzül

Yaşlı böyüklərin, xüsusən də, özünü sosial cəhətdən təcrid olunmuş və ya tənha hiss edənlərin düşünmə sürəti testlərində daha pis nəticə göstərdiyi aşkar edilmişdir. Yalnızlığın fiziki hərəkətsizlik, depressiya əlamətləri, yuxu pozğunluğu, artan qan təzyiqi və iltihab kimi bir çox şəkillərdə koqnitiv geriləməyə səbəb ola biləcəyi ifadə edilir.

Alzheimer

Yalnızlıq mənfi düşüncələrə də səbəb olur. Uzun müddət tək qalan fərd həyatda daima neqativlərə diqqət yetirir və beyni daha çox mənfi düşüncələr irəli sürür. Mənfi düşüncə beyində beta-amiloid və tau yığılmasını artırır. Beləliklə, tənhalıq ən çox rast gəlinən demans növü olan alzheimer riskini də artırır.

Əgər tənhalıq hissi ilə mübarizə aparırsınızsa, kömək almaq üçün gecikməyin.

Demans

Yalnızlıq demans riskini 20 faiz artırır. Demans üçün risk faktorları arasında diabet, hipertoniya və hərəkətsizliklə yanaşı təklik də demansın inkişafı üçün risk faktorlarından biridir.

Mənbə: Sözcü

Tərcümə etdi: Xədicə Cabbarlı


 

Paylaş
Şərh əlavə et