Bu gün:

Başından zədə alan şəxsin gözünə niyə işıq tutulur?


Xüsusilə yol qəzalarında başından zədə alan şəxsin gözünə həkimlərin işıq tutduğunu görmüş ola bilərsiniz.

Bunun səbəbi orta beynin zədələnib-zədələnmədiyini yoxlamaqdır. Əgər göz bəbəyi işıq qarşısında kiçilirsə və böyüməyə davam edirsə, deməli, orta beyin zədələnməyib. Əgər heç bir dəyişiklik yoxdursa, bu, orta beynin zədələndiyini göstərir.

Gözə daxil olan işıq miqdarı, göz bəbəyi açıqlığının kvadratı ilə düz mütənasibdir. Göz bəbəyi diametrinin 1,5–8 mm arasında dəyişməsi sayəsində, gözü daxil olan işıq miqdarı 30 dəfə artırılıb-azaldıla bilir.

Göz güclü işığa məruz qaldıqda refleks olaraq göz bəbəyi daralır və daxil olan işıq miqdarı azalır. Həkimlər gözü işıqlandıraraq bu refleksin işləyib-işləmədiyini yoxlayırlar. Əgər göz bəbəyi həddindən artıq genişlənmişdirsə və işıq düşəndə daralmırsa, bu halda xəstədə beyin zədəsi və ya ölüm halı mövcuddur.


Mənbə: Buzz feed

Tərcümə etdi: Mina Yadigarlı

Paylaş
Şərh əlavə et