Bu gün:

Britaniyalı müğənni Bakıda ilk konsertini verib


Britaniyalı müğənni və bəstəkar Tom Odell ilk dəfə Bakıda konsert proqramı ilə çıxış edib.


21 iyunda baş tutmuş,"Pera Group" və "ApplePie" Production tərəfindən təşkil olunmuş konsertə Bakı Konqress Mərkəzi ev sahibliyi edib. 

Təşkilatçılardan əldə edilən məlumata görə, konsert üçün nəzərdə tutulan biletlərin əksəriyyəti satılıb. Təxminən 3500 insan Tomu dinləmək üçün gəlib.

24media.az bildirir ki, Odell 7 yaşından pianoda ifa etməyə və daha sonra öz mahnılarını bəstələməyə başlayıb. Onun ən məşhur mahnıları "Another Love", "Real Love", "Heal" və "Grow Old With Me"dir.

O, musiqisinə görə bir sıra mükafatlar, o cümlədən 2014-cü ildə ən yaxşı kişi solo albomu üçün "BRIT Awards" mükafatı alıb.

Paylaş
Şərh əlavə et