Bu gün:

Stalin öz şəkillərini fotoşop edirdi!


Foto montaj günümüzdə çox populyar olsa da, əslində onun uzun bir tarixi var. Sovet diktatoru İosif Stalinin vətəndaşları manipulyasiya etmək və öz karyera məqsədlərinə çatmaq üçün fotoşəkillərində dəyişikliklər etməsi bizə məlumdur. Bu, fikri dəstəkləyən faktları sizə təqdim edirik.

Stalin yeddi yaşında olanda çiçək xəstəliyinə yoluxdu və xəstəlikdən sonra üzündə çapıqlar qaldı. Bununla belə, Stalinin bütün rəsmi şəkilləri redaktə olunur. Beləliklə, Stalinin üzü və saçları hər zaman ipək kimi və baxımlı görünürdü. Bütün bunlar sovet vətəndaşlarının öz liderlərinin qüsursuz olduğuna əmin olması üçün edilirdi. Stalin hakimiyyətə gələndə onun bir çox fotoşəkilləri montaj edilib. Fotomontajçılar onun ləkələnmiş dərisindəki izləri düzəltmək üçün uzun saatlar sərf edirdilər.


Çox insan Stalin haqqında bunu bilməsə də, uşaqlıqda Stalin qəza keçirmiş və nəticədə sol qolu sağ qolundan qısa olmuşdur. Onun bütün şəkilləri ayaq üstə ikən montaj edilib ki, hər iki qolu bərabər görünsün. Təkcə qolu və üzü montaj edilməyib, bəzi insanların qrup halında çəkilmiş şəkillərdən yoxa çıxması da adi hal olub.

Stalin bir çox hadisələri sənədli sübut kimi istifadə etmək üçün fotoşəkilləri montaj edərkən, heç bir qərb lideri onun nə etdiyini başa düşmürdü. Məsələn, bu fotoda Vladimir I. Lenin və İosif Stalin şəkil çəkdirirlər. Orijinal şəkildə onların heç biri gülümsəmirdi, lakin vətəndaşlara iki liderin mehriban görüntüsünü vermək üçün şəkil montaj edilib.

Bütün bunlar vətəndaşlara Lenindən sonra liderliyə yeganə namizədin Stalin olduğunu hiss etdirmək üçün edilib. Amma əslində Stalinlə Lenin bir-birinə o qədər də yaxın deyildilər. Stalin ictimaiyyətə Vladimir Leninin çox yaxın dost olduğu mesajını çatdırmaq istəyirdi. Beləliklə, o, Lenin tərəfdarlarından dəstək ala bildi.

Mənbə: Onedio

Tərcümə etdi: Nahid Xəlilov


Paylaş
Şərh əlavə et