Bu gün:

“Onlar indiki problem şəraitində icmalarla işlərini düzgün qurmayıblar”


24media.az-ın " 1 sual, 1 cavab" rubrikasının növbəti qonağı Xəzər Universitetinin Coğrafiya və Ətraf Mühit Departamentinin müdiri Rövşən Abbasovdur. O, Gədəbəydə gölə axıdılan maddənin suya təsirləri haqda danışıb.

-Gədəbəydə gölə axıdılan maddə suya necə təsir edir?

-Əslində, Gədəbəydə maddələr gölə atılmır. Gədəbəydə qızıl istehsal edən şirkət özü süni bir su anbarı yaradıb və tullantıları orda saxlayaraq depozit edirlər. Onlar izolyasiya olunub, heç bir su anbarına axmır. Görünən odur ki, onlar indiki problem şəraitində icmalarla işlərini düzgün qurmayıblar. Təklifim budur ki, bu gün layihələr həyata keçirilməmişdən əvvəl ətraf mühitə və sosial mühitə  olan təsirlərin hesablanması və iştirakçı torpaqdan istifadə sənədi hazırlansın. 

24media.az xatırladır ki, Sianid turşusu hidrogen sianidin suda məhlulu olub, rəngsiz, uçucu, acı badam iyi verən maye halında olan zəhərləyici turşudur. Sianid turşusu həddən artıq zəhərlidir. Turşunun buxarı ilə nəfəs aldıqda və ya o dərinin zədələnmiş hissəsinə düşdükdə ölümlə nəticələnir. Sianid turşusunun buxarları paltarlara yaxşı hopur (sığınacağa daxil olarkən nəzərə alınmalıdır) və ümumzəhərləyici təsir göstərir.

Lumu Zülfüqarova 

Paylaş
Şərh əlavə et