Mikroplastiklər (MP-lər) ətraf mühitdə sürətlə yayılır və insan sağlamlığı üçün ciddi risklər yarada bilər. MP-lər birbaşa insan fəaliyyəti səbəbindən yaranan birincil və böyük plastik əşyaların parçalanması nəticəsində meydana gələn ikincil hissələrdir, ölçüləri isə 5 mm-dən kiçikdir.

İnsanlar MP-lərə hava vasitəsilə nəfəs alma, dəri ilə təmas, su və qida zənciri vasitəsilə məruz qala bilirlər. MP-lər hüceyrələrdə zədələnmələr, iltihabi reaksiyalar və oksidləşmə stressi yarada bilər, digər çirkləndiricilərlə birlikdə təsirləri daha da güclənir. İnsan sağlamlığına təsirləri barədə məlumat hələ məhduddur, lakin çoxölçülü tədqiqatlar onların toksik təsirlərini, bədənə daxilolma yollarını və potensial xəstəlik risklərini anlamağa yönəlməlidir. Sağlamlıq risklərini azaltmaq üçün multidisiplinar tədqiqatlar vacibdir.
Mənbə: National İnstitutes of Health
Tərcümə etdi: Arzu Qafarova
