Bu gün:

Sosial media real xəbərləri öyrənməyimizi necə çətinləşdirir?


New Media & Society jurnalında dərc olunan yeni araşdırmaya görə, siz də əyləncəli memlar və pişik videoları tapdığınız mənbələrdən xəbərlər oxuyursunuzsa, bunun zərərini çəkirsiniz.


Tədqiqat göstərib ki, xəbər və əyləncə məzmunu qarışığına baxan insanlar tapdıqları məzmunun mənbələrini yoxlamağa daha az meyllidirlər. Bu onu göstərir ki, insanlar satirik və ya yumoristik xəbərləri də real hesab edə bilərlər.

Xəbərləri “xarici siyasət” və “əyləncə” kimi kəskin kateqoriyalara ayıran saytlarda məzmuna baxanlar isə oxuduqları xəbərin mənbəyini və etibarlılığını qiymətləndirməkdə eyni problemlə üzləşməyiblər.

 Corc Pearson araşdırmada qeyd etdiyi kimi, bu tapıntılar Twitter və Facebook kimi sosial media saytlarından xəbərləri oxuyan insanların yaratdığı təhlükəni vurğulayır. Pearson əlavə edir:

"Sosial media saytları bizim üçün çox cəlbedicidir, çünki onlar ailənizdən və dostlarınızdan bildirişlər ala biləcəyiniz, memlara və pişik videolarına, bütün media məzmununa bir yerdə daxil ola biləcəyiniz saytlardır. Lakin bu məzmun müxtəlifliyi saytdakı bütün məzmunu dəyərləndirməyimizə səbəb olur. Nəyin əyləncəli, nəyin ciddi olduğunu mühakimə etmək getdikcə çətinləşir".

Bu iş üçün Pearson "Link Me" adlı uydurma sosial media saytı yaradıb. 370 iştirakçı hər biri iki və ya dörd yazı olan dörd veb saytı qiymətləndirib. Hər bir yazı başlıqdan və hadisəni ümumiləşdirən qısa paraqrafdan, yazının mənbəyi haqqında məlumatdan ibarət idi.

Mənbələr adlarına və təsvirlərinə əsasən aşağı və ya yüksək etibarlılığa malik olmaq üçün nəzərdə tutulmuşdur. Mənbələrin etibarlılığı əvvəlki araşdırmada yoxlanılıb.

Məsələn, yüksək etibarlı mənbələrdən biri "Washington Daily News" adlanırdı və "yüksək keyfiyyətli və qərəzsiz reportajları ilə tanınan peşəkar media təşkilatı" kimi təsvir edilmişdir.  Bütün yazılar Reddit və ya Tumblr-dan real xəbərlərə və ya sosial media yazılarına əsaslanırdı.

Mənbə: Evrimağacı

Tərcümə etdi: Fərahim Rzazadə

Paylaş
Şərh əlavə et