Dünyanın ən böyük “Quran”ı - FOTO

Dünyanın ən böyük “Quran”ı  - FOTO

Türkiyədə iriölçülü "Quran" kitabı sərgilənib.

 Türkiyənin Dəyanət Vəqfi tərəfindən hər il Ramazan ayında təşkil olunan 38-ci Türkiyə Kitab və Mədəniyyət sərgisində İstanbulun Böyük Çamlıca məscidində nümayiş olunan "Quran" böyük marağa səbəb olub. Kitabın ağırlığı 70 kq təşkil edir. Ölçüsü 71X98 sm, qalınlığı isə 9 sm-dir.

 Türkiyədə ən böyük "Quran"ı ərsəyə gətirən mətbəəçi Mustafa Cüflük deyib:

"Müqəddəs kitabın ilk ayəsində deyildiyi kimi, "Quran" divardan asılmaq üçün deyil, oxumaq üçün nazil olub".

Nəhəng kitabın hazırlanması dörd ay vaxt aparıb.