Çinli tədqiqatçılar əsaslı nailiyyət əldə ediblər. Uzunmüddətli biomühəndislik layihəsi çərçivəsində ilk dəfə laboratoriyada funksional insan böyrəyi istehsal edilib. Təcrübələrdə istifadə olunan bu süni orqan qanın təmizlənməsi və sidik əmələ gəlməsi kimi kritik funksiyaları yerinə yetirərək elm tarixində mühüm mərhələyə imza atıb.

Süni böyrək necə inkişaf etdirilib?
Layihə qrupu araşdırmanı kök hüceyrə texnologiyası və xüsusi biomateriallardan hazırlanmış hidrogel iskeletindən istifadə etməklə həyata keçirib. Bu, yaranan böyrək modelinin təkcə struktur replika deyil, həm də funksional orqan olmasına imkan verib.
Laboratoriya testləri aşağıdakı funksiyaları müşahidə edib:
qanın filtrasiyası
elektrolit balansının qorunması
sidik istehsalı
hormonlara cavab
Tədqiqatçılar bu süni böyrəyin təbii orqan kimi davrandığını və 60 saat fasiləsiz işlədiyini açıqlayıblar.
Orqan transplantasiyası üçün yeni ümid
Hər il dünyada milyonlarla xəstə uyğun donor çatışmazlığı səbəbindən orqan transplantasiyasını gözləyərkən həyatını itirib. Çin alimləri tərəfindən hazırlanmış bu üsul gələcəkdə fərdiləşdirilmiş süni orqanların istehsalının mümkünlüyünü nümayiş etdirib.
Bu texnologiyanın immunitet sisteminin rədd etməyəcəyi fərdi müalicə həllərinə yol aça biləcəyinə inanılıb.
Mütəxəssislər nə deyib?
Tibb ictimaiyyəti bu uğuru “regenerativ tibbdə inqilab” kimi dəyərləndirib. Mütəxəssislər yaxın illərdə oxşar üsullarla ürək, qaraciyər və ağciyər kimi digər orqanların da istehsal olunacağını proqnozlaşdırıblar.
Hələ kliniki istifadəyə hazır olmasa da, bu sınaq gələcəkdə orqan transplantasiyasında köklü dəyişikliyin mümkünlüyünün ən konkret əlamətlərindən biri hesab olunub.
Çində yaradılmış funksional süni böyrək təkcə alimlərin deyil, həm də transplantasiya gözləyən milyonlarla xəstənin ümidini artırıb. Bu ixtira orqan çatışmazlığının müalicəsində inqilab yarada biləcək və tibbin gələcəyini yenidən formalaşdıra biləcək ən mühüm addımlardan biri kimi tarixə düşüb.
Tərcümə etdi: Səidə Əsədli
Mənbə: Fikrimucit
