Dərinin sağlamlığı yalnız estetik görünüşlə məhdudlaşmır, uzunmüddətli həyat keyfiyyətinə də təsir edir. Mütəxəssislər bildirirlər ki, günəşə məruz qalma dəri xərçəngi riskini artıran və yaşlanma əlamətlərini sürətləndirən əsas amillərdəndir. Buna baxmayaraq, bir çox insan günəşdən qoruyucu kremlərdən ya istifadə etmir, ya da onları düzgün tətbiq etmir.

Dermatoloqlar xəbərdarlıq edir ki, günəşdən qoruyucu krem ilin bütün fəsillərində, istər yayda, istərsə də buludlu və ya qarlı havalarda istifadə olunmalıdır. Əks halda, UVA və UVB şüalarının dəriyə vurduğu zərər ciddi nəticələrə yol aça bilər.
Ən çox edilən səhvlər bunlardır:
1. Günəş kremindən az miqdarda yaxud yalnız günəşli havalarda tətbiq olunması.
2. SPF-li nəmləndirici və tonal kremlərə həddindən artıq güvənmək.
3. Gün ərzində yalnız bir dəfə çəkmək və qulaq, dodaq, burun, boyun və əllər kimi əsas bölgələri unutmaq.
4. İstifadə müddəti bitmiş məhsullardan yararlanmaq.
5. Axşam dərini kifayət qədər təmizləməmək.
6. Yüksək SPF-in qaralmanın qarşısını aldığını düşünmək.
Mütəxəssislər tövsiyə edirlər ki, üz və boyun üçün təxminən bir çay qaşığı günəş kremindən istifadə edilməli, hər iki saatdan bir yenidən tətbiq olunmalı və əsas sahələr diqqətdən kənarda qalmamalıdır.
Mənbə: Vogue
Tərcümə etdi: Asiya Zeynalll
