Cəmi 14 yaşı olmasına baxmayaraq, Siddharth Nandyala artıq tibb və texnologiya dünyasında adından söz etdirib. Hindistanın Anantapur şəhərində anadan olub və hazırda Texas ştatının Frisko şəhərində yaşayan gənc ixtiraçı Oracle və “ARM”dən sertifikatlar alaraq dünyanın ən gənc sertifikatlı süni intellekt mütəxəssisi olub.

Ürək xəstəliklərini 7 saniyədə diaqnoz edən tətbiq
“Siddharth”ın süni intellektə əsaslanan tətbiqi CircadiaV smartfon vasitəsilə qeydə alınan ürək səslərindən ürək xəstəliklərini 7 saniyə ərzində aşkar edə bilib. Sistem 96 faizdən çox dəqiqlik dərəcəsinə malikdir.
Texnologiya ABŞ-də 15.000-dən çox insan üzərində sınaqdan keçirilib və həmçinin Guntur hökumət ümumi xəstəxanası (GGH) da daxil olmaqla Hindistanda 700-dən çox xəstədə uğurlu nəticələr verib.
Qlobal liderlər əla dəstək təklif edirlər
Andhra Pradeş baş naziri N. Çandrababu Naidu gənc ixtiraçının nailiyyətini şərh edib:
“Siddharthın qeyri-adi istedadı və texnologiyadan bəşəriyyətin rifahı naminə istifadə etmək fədakarlığı məni dərindən heyran edib. Belə gənc yaşda o, hamımız üçün ilham mənbəyidir. Mən onu sağlamlıq texnologiyalarına olan ehtirasını davam etdirməyə ürəkdən təşviq edirəm və onu bütün səylərində tam dəstəyimizə əmin edirəm.”
Stem it ilə gənclərə texnologiya təhsilinin verilməsi
Siddharth təkcə tibb sahəsində deyil, həm də Stem IT təşəbbüsü ilə gənc tələbələrə kodlaşdırma, robototexnika və süni intellekt üzrə təlimlər verib. Bu, gələcək nəsli texnologiyadan innovasiya vasitəsi kimi istifadə etməyə ruhlandırıb.
Sərfəli protez qol layihəsi
Gənc ixtiraçı həmçinin EEG texnologiyasından istifadə etməklə idarə oluna bilən münasib qiymətə protez qol üzərində işləyib. Ənənəvi protez qolların qiyməti 400.000 dollardan çox olub, amma Siddharthın dizaynı cəmi 300 dollara istehsal oluna bilər. Bu, uşaqların, xüsusən də böyüməkdə olan uşaqların protezlərə çıxışını asanlaşdırıb.
Tibb və texnologiya dünyasında parlayan ulduz
Siddharth Nandyalanın işi sənaye liderləri, elm adamları və siyasi xadimlər tərəfindən yüksək qiymətləndirilib. Gənc ixtiraçı süni intellektə əsaslanan tibbi həllərdə gələcəyin pioneri kimi görünür.
Tərcümə etdi: Səidə Əsədli
Mənbə: Fikrimucit
