Bu gün:

Yeməkdən sonra çay içmək zərərlidirmi?


“Çaysız süfrə tamamlanmaz” fikri nəsillər boyu davam etsə də, müasir tibbin mövzuya yanaşması fərqlidir. Dietoloqlar bildirirlər ki, çayın tərkibindəki maddələr qidadan dəmirin mənimsənilməsini azaldır. Bu isə uzun müddətdə anemiya riskini artırır. Xüsusilə qırmızı ət, mərcimək və ispanaq kimi dəmirlə zəngin qidalarla birlikdə çay içmək faydanı xeyli azalda bilər. 

Mütəxəssislərin fikrincə, yeməkdən dərhal sonra çay içmək həzmsizliyi və şişkinliyi artıra, mədə turşusunu gücləndirib reflü simptomlarını ağırlaşdıra bilər. Həmçinin uşaqlar, hamilə qadınlar və anemiya riski olan şəxslərə mənfi təsir göstərə bilər. 

Dietoloqlar yeməkdən sonra çay içmək istəyənlərə ən azı bir saat gözləməyi məsləhət görürlər. Bu həm çayın ləzzətini qoruyur, həm də dəmirin udulmasına mane olmur. Alternativ olaraq isə yeməkdən sonra su, bitki çayı və ya ayran tövsiyə edilir. Çay gündəlik həyatımızın əvəzolunmaz hissəsi olsa da, sağlamlıq üçün onun içilmə vaxtına diqqət yetirmək vacibdir. 

Mənbə: Sözcü 

Tərcümə etdi: Asiya Zeynallı

Paylaş
Şərh əlavə et