Bu gün:

Musiqiyə qulaq asmağın hansı yan təsirləri və üstünlükləri var?


Musiqi artıq gündəlik həyatın ayrılmaz hissəsidir. O, sadəcə əyləncə vasitəsi deyil, həm də insanın ruhi və fiziki sağlamlığına təsir edən güclü amildir. Mütəxəssislərin sözlərinə görə, musiqi dinləmək beynə və orqanizmə müsbət təsir göstərir.

Araşdırmalara görə, sakit templi musiqi insanın kortizol səviyyəsini aşağı salaraq stressi azaldır. Yüksək ritmli mahnılar isə idmançıların daha yaxşı nəticə göstərməsinə kömək edir. Klassik musiqi diqqəti artırır, öyrənmə prosesini asanlaşdırır. Sevilən mahnılara qulaq asmaq isə dopamin ifrazını gücləndirərək depressiya və narahatlıq yaşayan insanlarda əhvalı yaxşılaşdırır. Bundan əlavə, konsertlər, musiqi tədbirləri və paylaşılmış çalğı siyahıları insanların bir-biri ilə ünsiyyətini möhkəmləndirir. 


Xüsusilə, yüksək səsdə musiqiyə qulaq asmaq uzunmüddətli dövrdə eşitmə itkisinə səbəb ola bilər. Diqqət tələb edən iş və ya öyrənmə zamanı uyğun olmayan musiqi seçimi məhsuldarlığı azaldır. Bəzi mahnılar isə keçmişdəki mənfi xatirələri yada salaraq emosional gərginlik yarada bilər. Yatmazdan əvvəl sürətli ritmli musiqiyə qulaq asmaq isə yuxuya getməni çətinləşdirir.


Musiqi düzgün və balanslı şəkildə dinlənildikdə həm həyatı zənginləşdirən, həm də zehni tarazlığı dəstəkləyən güclü vasitəyə çevrilir. Lakin musiqiyə yüksək səslə və nəzarətsiz qulaq asmaq sağlamlığa zərər verə bilər. Mütəxəssislər həm zövq almaq, həm də sağlamlığı qorumaq üçün musiqidən şüurlu şəkildə istifadə etməyin vacibliyini vurğulayırlar.


Mənbə: Evrim ağacı


Tərcümə etdi: Dilbər Paşazadə

Paylaş
Şərh əlavə et