Bu gün:

Son 10 ildə allerjik şok 7 dəfədən çox artıb


Son 10 ildə anafilaksi hallarının 7 dəfədən çox artdığını bildirən Dos. Dr. Nacaroğlu xəbərdarlıqlarına belə davam edib: “Allergik reaksiyalar immunitet sisteminin normal olaraq zərərsiz maddələrə (allergenlərə) həddindən artıq reaksiyası nəticəsində baş verir”. 

Bu allergenlərə polen, toz gənələri, ev heyvanlarının tükləri, həşərat dişləmələri, qidalar və bəzi dərmanlar daxildir. Allergik xəstəliklərə astma, ot qızdırması, ekzema, qida allergiyası və dərman allergiyası kimi müxtəlif xəstəliklər daxildir. Allergik reaksiyalar arasında ən ciddi və potensial həyati təhlükəsi olan anafilaksi də Dünya Allergiya Həftəsi çərçivəsində əhəmiyyətli bir mövzudur. Müəyyən edilmişdir ki, son 10 ildə müxtəlif amillərin təsiri ilə allergik şok adlanan ağır allergik reaksiyaların, yəni anafilaksiya hallarının tezliyi 7 dəfədən çox artmışdır. Bədənin alerjenə tez reaksiya verdiyi zaman anafilaksi meydana gəlir. Bu zaman immun sistemi sürətlə histamin və digər kimyəvi maddələri buraxır, qan təzyiqi aşağı düşə bilər, nəfəs almaqda çətinlik, boğazda, dodaqda və ya üzdə şişkinlik, ürəkbulanma və qusma kimi əlamətlər yarana bilər. 


Anafilaksi təcili tibbi yardımdır və dərhal müalicə edilməlidir. Müalicə edilməzsə, anafilaktik şok adlanan həyati təhlükəsi olan bir vəziyyət inkişaf edə bilər. Anafilaksiyanın qarşısını almaq üçün allergenlərə məruz qalmamaq, allergik reaksiyalara səbəb ola biləcək qidaları və ya dərmanları istifadə etməkdən və ya həşərat dişləmələrindən qaçınmaq vacibdir. Bundan əlavə, allergiya yaradan maddələrin etiketlənməsi, istifadəçilərin maarifləndirilməsi kimi məsələlər də mühüm yer tutur.


Mənbə:Habertürk


Tərcümə etdi: Səadət Quliyeva

Paylaş
Şərh əlavə et