Bu gün:

Xərçəng hallarının sürətlə artmasının səbəbləri


Dövrümüzün ən vacib sağlamlıq problemlərindən biri dünyada xərçəngdir və  artmağa davam edir. 

Elmi araşdırmalar göstərir ki, bu gün yayılmış xərçənglər xarici amillərdən asılıdır. Beləliklə, nəfəs aldığımız, yediyimiz və məruz qaldığımız süni kimyəvi maqnit zəhərli vəziyyətlər bunun ən vacib səbəblərindən biridir. Daxili xəstəliklər üzrə mütəxəssis, professor həkim Osman Erk xərçəng hallarının artmasının görünməz səbəblərini aşağıdakı kimi izah edib.

Artım təəccüblü deyil

Əslində, bütün amilləri nəzərə alsaq, xərçəng xəstəliyinin artması təəccüblü olmamalıdır. Gündəlik həyatda yüz mindən çox kimyəvi maddə ilə qarşılaşa biləcəyimizi xatırlamaq lazımdır. Hər il 1500-2000 yeni kimyəvi maddə insanların ixtiyarına verilir. Son 30 ildə kosmetika sənayesində istifadə üçün 70 min kimyəvi maddə, 12 min qida əlavəsi, min aqrokimyəvi maddə və 12 min kimyəvi komponent tətbiq edilmişdir. Bütün bu amillər birləşdirildikdə xərçəng nisbətindəki artım, şübhəsiz ki, təəccüblü deyil.

Aqrokimyəvi maddələr

Müasir sənaye aqrokimyəvi maddələr bir çox qidalarda xərçəngə səbəb olan izlər buraxır. Avropa Birliyi ölkələrində istifadə edilən tərəvəz, meyvə və dənli bitkilərin üçdə birində, ən azı iki aqrokimyəvi qalığın olduğu aşkar edilmişdir. Aqrokimyəvi maddələr böcəklərə, zərərvericilərə, bitlərə və alaq otlarına qarşı istifadə olunur. Heyvan yeminə və birbaşa heyvanlara da tətbiq oluna bilər. 

Hamilə qadınlar və uşaqlar faha çox təsirlənir

Tərəvəz və meyvələrin yetişdirilməsində istifadə olunan kimyəvi pestisidlər və böyümə hormonları sağlıqlı deyil. Ətraf mühitin mühafizəsi agentliyi (EPA) pestisidlərin əhəmiyyətli bir hissəsini kanserogen elan etdi. Sahəyə tətbiq olunan pestisidlərin yalnız 2 faizi tətbiq olunduğu yerdə qalır, 98 faiz isə  külək və havanın təsiri ilə ətraf mühitə atılır. Bu kimyəvi maddələr torpaqlarda, yeraltı və yerüstü sularda daim mövcuddur və əhalinin sağlamlığı üçün ciddi təhlükə yaradır. Pestisidlərin 80 faizi heyvan məhsullarından insanlara ötürülür. Xüsusilə balıq, yumurta, qırmızı ət və süd məhsulları bu baxımdan çox çirklidir. 

Həll təklifləri

Pestisidlər hələ doğulmamış uşaqların amniotik mayesində, yenidoğulmuşların kordon qanında, ananın döş toxumalarında, süddə, qanda və insanların yağ toxumalarında geniş yayılmışdır. Sağlam nəsillər üçün gələcək analar hamiləlikdən əvvəl və hamiləlik dövründə aqrokimyəvi maddələrə məruz qalmamalıdır. Xüsusilə kənd təsərrüfatı kimyəvi maddələrindən qorunmaq üçün təhlükəsiz üzvi məhsullara üstünlük verilməlidir. Bundan əlavə, gün ərzində cib telefonu məhdud istifadə edilməlidir, yataq otağımızda tezlik yayan elektromaqnit cihazları olmamalı və ya yuxu zamanı bu cihazlar söndürülməlidir. Mümkünsə ionlaşdırıcı radiasiyadan (tomoqrafiya, Rentgen), plastikdən, genetik cəhətdən dəyişdirilmiş qidalardan, lazımsız dərman istifadəsindən, yuyucu və kosmetik məhsulların həddindən artıq istifadəsindən də çəkinmək lazımdır.

 Mənbə: Sözcü

Tərcümə etdi: Aysu Əsədova

Paylaş
Şərh əlavə et