Bu gün:

“Külək və günəş enerjisinin payı rekord səviyyəyə yüksəlib”


Bunu enerji və iqlim dəyişikliyi sahələrində araşdırmalar aparan “Ember” mərkəzi    “Qlobal Elektrik İcmalı” illik hesabatının sonuncu versiyasında qeyd edib.

“Ember”in fikrincə, 2023-cü ildən bütün dünyada qalıq yanacaqlardan elektrik enerjisi istehsalı azala bilər. Hesabatda bunun “çevrə dostu enerji” istehsalı baxımından “dönüş nöqtəsi” olduğu vurğulanır.

Hesabata əsasən, günəş  külək enerjisindəki artım qlobal enerji tələbatındakı artımın 80 faizini ödəyib. 2023-cü ildə bu artımın tamamilə bərpa olunan enerji mənbələri hesabına qarşılanması gözlənilir. Həmçinin, bu il dünyada ilk dəfə olaraq qalıq yanacaqlardan elektrik enerjisi istehsalı qlobal tənəzzül və pandemiya kimi amillər olmadan azalmağa başlaya bilər.

Bundan əlavə, bu il elektrik istehsalında külək və günəş enerjisinin payı 12 faizə yüksələrək rekorda imza atıb.

"Biz indi qalıq yanacaqlardan emissiyaların azaldılması dövründə dönüş nöqtəsinə çatmışıq. Biz bilirik ki, külək və günəş enerjisi çox vacibdir və biz onları mümkün qədər tez qurmaq üçün yol xəritəsi təyin etməliyik" deyə hesabatın müəllifləri bildirib.

Müəlliflər onu da bildirirlər ki, bərpa olunan enerjidə artım, əsasən, Çindən qaynaqlanır.

Fatimə Mustafayeva

Paylaş
Şərh əlavə et